The Diary Game - Better Life Season 3 -29.08.2021. 2ci Məzuniyyətimin son günü.

in hive-131355 •  3 years ago 
SALAM Dostlar. Axşamınız xeyir. Neçə müddətdir günlük fəaliyyətlərimdən paylaşmırdım. İstədim ki, bu gün dəyişiklik edim. Nağılımız "biri vardı, biri yoxdu" ilə başlamayacaq) Deməli, belə bugün məzuniyyətimin sonuncu günüdür. Əslində istirahət edib fürsətdən bolluca yararlanmalıyam. Lakin, hər şey hər zaman istədiyimiz kimi olmur. Beləki, Əmim onun bugünki, işində ona kömək etməyim üçün Məni bron elədi. Böyükdü dedisə, kəlməsi kəlmədi. Həm də ortada kömək söhbəti var. Canla başla.. Əslində canla- başla kömək eləməyə məni vadar edən köməklik qarşılığında alacağım 💰 idi.😉 Havayı olsaydı orada nə işim vardı)))Həyatda hər şey qarşılıqlı olmalıdı ya yox? Nəisə keçim mətləbə. Gecədən budilniki qurdum Səhər də cıqqıltısına oyanmışam. Son vaxtlar çox ağır yatırdım bugün nə əcəbsə budilkinin səsinə oyanmışam.

Screenshot_2021-08-29-06-32-54-753_lockscreen.jpg

Əsl steemitlik şəraitdir. Zaryatka 100%, səhərin aydınlığı və daha nələr. Bunları fikirləşirdim ki, Əmim zəng elədi. Görüş yerini bildirdi. Və Mən ora çatanda o artıq hazırlıq görürdü. Maşenniklik edib. Demişdim evdən çıxanda xəbər elə, gəlib çatıb əynini dəyişib, işə başlayıb sonra ayılıbki Mənə kimsə kömək eləməlidir ya yox.. Bunu keçirəm onun yuxusuzluğuna.. Ağsaqqaldı olan şeydi))

IMG_20210829_095635.jpg

Özfəaliyyət dərnəyimiz hələki bundan ibarətdir. Şiferin altı kruqlı suvanmalıdı.Ön tərəf yaxşı görünə bilər, amma digər tərəflər bərbad gündə idilər. Mən də həmişəki kimi steemitə tema axtarıram və tapdım da. 1 neçə super məqamlar oldu sadəcə utandığımdan çəkə bilmədim. Fikirləşdim ki, binalardan baxanlar deyəcəklər, bu dəlidi nədi, yaşından-başından utanmır heyvanların şəklini çəkir.. Bir sözlə özünə hörmət qoymur. Bu dəmdə Rəhmətlik AHMET KAYA-nın ifasında eşitdiyim "SİZ BENİM NELER ÇEKTİYİMİ NEREDEN BİLECEKSİNİZ" damar mahnısı beynimə düşdü.

Oxumadıme sadəcə özümə təsəlli verirəm ki, "Çörək qazanmaqçün bunu edirsən. Eyib bir şey yoxdu." Və Tatdığım tutdu. Həsəd apardığım canlını lentə aldım.

IMG_20210829_104341.jpg

Heyvanda egoya, rahatlığa bir bax. Qıçını da qaldırıb dəmirə söykəyib. İnsanlığımla belə rahatlıq hələ də görməmişəm. "Axırıncı rumka"
teması yadıma düşdü)) Mən tər, suyun içində bu da ALLAH bilir neçənci yuxusunu görür.

"ADALETİN BU MU DÜNYA?"
Biraz da əsəbləşməyim deyə, onda uzaqlaşdım. Nə xeyri. Elə yerdə yatırki, düz gözümün qabağında)
Başqa maraqlı bir məqamı tutdum. Heyvanın həyatda yaşamaq üçün mübarizəsi.

IMG_20210829_132346.jpg

Canı yanmış susuzlayıb. Yaxşıki, ustaya nə lazım olduğunu artıqlaması ilə çatdırmışam bu da boş vaxtımı dəyərləndirməyim. Səbrlə onu izləyib gözəl görüntülər əldə etdim.

IMG_20210829_132503.jpg

Vedrə su ilə dolu olsa da, zalımın balası konkret öz rahatlığını düşünür. Bircə təpiyi çatışmır. Pramoy suya)

IMG_20210829_132510.jpg
Bu da onun "çox sağ ol"-u. Nuş olsun Bro)
Evdə Məni sürpriz yemək gözləyirdi.

IMG_20210829_152043.jpg

Ciddidən bayılıram da mərciyə. Yeriniz məlum.Çörəyin bolluğu yeməyimə xüsusi ləzzət qatır. Bəzilərinin gözlərindən iraq))
Hələlik məndən bu qədər. Nağılı danışdım. Dinlədiniz(yəginki). Xoşunuza gəldi. (Sözsüz) Bəs NAĞILIN PULUNU KİM VERƏCƏK? Zəhmət haqqını bu qutuya ➡️ 📫 daxil edərsiz. Nə niyyətlə verdiz ALLAH qəbul etsin AMİN🤲😉🤗

CC @steemcurator01

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Zaryadka 100 faiz yığıb,onu tokdan ayırmayan adamı eşşək sudan gələnə qədər çırpasan 🤨

Ayırmışam))

Allah güc qüvvət versin qardaşım.

Çox sağ ol Qardaşım. ALLAH Səndən razı olsun AMİN🤲 HƏMD olsun gec-qüvvət verdi o qızmar günəşli gündə işimizi aşırtdıq