"Heç bir zaman dürüst ola bilmədik ?!
Bəlkə bacara bilmədik ?!
Necəsən? - soruşdular, yalan söylədik.
Yaxşı dedik, o isə çox bərbad idik.
İçimiz darmadağın olduğu halda yalandan mükəmməl görünürdük.
Acısı olan insan nə zaman soruşsan "mən yaxşıyam" deyər.
Kimsəni öz acısı ilə üzmək istəməz.
Problemini kimsəyə deməz.
Çünki insanlar bilsə nə dəyişəcək ki?!
Düşünər və susar.
Dərdini Allaha deyib, çarəsinidə yalnız Allahdan diləyər.
Qəmli baxışlı insanlar var, gözlərinə baxdıqca sanki dənizdə ki dalğaları görürsən, böyük bir fırtına görürsən.
Amma soruşsan yaxşıyam deyər, insanın necə olduğunu bilmək üçün gözlərinə baxmaq kifayətdir.
Çünki gözlər heç bir zaman yalan söyləməz, insan nə qədər xoşbəxtmiş kimi görsənməyə çalışsada, bir baxışı hər şeyi ifadə edər..
Üzümüz gülərkən bəxtəvər dedilər ?
O isə xoşbəxtliyin nə olduğunu bilməyən zavallı birilərinin kinli paxıl insanların düşüncəsi idi bu.
İçimizdəki acıları gülərək maskaladıq.
Həyatdan razısan? - dedilər min şükür dedik çətinlik içində olsaq belə.
Düşündülər ki heç dərdimiz yoxdur.
Gizli ağladıq, biz əsla aglamarıq dedik.
Güclüyük dedik, ruhumuz çökmüşdü.
O qədər qürurlu olduq ki heç bir zaman dürüst ola bilmədik ?!
Sözsüz...
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit