“Qızıl hərisliyinin” tarixçəsi ⛏

in hive-131355 •  3 years ago 

1848-ci ildə fəhlə Ceyms Marşall və fermer Con Satter su çarxının yanında kiçik qızıl qırıntıları aşkar edirlər. Onlar başa düşürlər ki, keçmişdə San Fransiskoda Amerikan Riverin sahilində çoxlu qızıl gizlədilib.

991C2226-A989-469D-8F6F-6BF953ECFA41.jpeg

Marşall və Satter bütün bunları sirr kimi saxlamağa çalışsa da, Sem Brennan adlı bir şəxs onların planlarını pozur. Çaydan qızıl tapıldığını təsadüfən öyrənən Brennan əlində bir fincan qızıl tozu San-Fransisko küçələrində gəzə-gəzə bunları qışqırırdı: “Qızıl! Qızıl! Amerikan-Riverdə qızıl var!”

1EDF192B-5EC7-48F6-8416-B1AFDCFE6D8B.jpeg

Xəbər böyük sürətlə bütün ətraf ərazilərə yayılır. Artıq 1 ildən sonra bura 10 minlərlə qızıl axtaranlarla dolub-daşır. Qızıl haqqında məlumat nəşr edən yerli qəzetlərdən biri elə həmin gün öz fəaliyyətini dayandırdığını elan etdi. Çünki nəşriyyatın işçiləri belə qızıl axtarmağa yollandılar. Elə bu zamandan etibarən 1848-1855-ci illərin məşhur Kaliforniya qızıl hərisliyi dövrü başladı.

35752A7F-5AE6-4F5D-8ED8-EE7650C972F5.jpeg

Lakin Sem Brennan adlı şəxsə geri dönək. Yəqin belə düşünürsünüz ki, qızıl barədə hər kəsə məlumat verməklə o səhv addım atıb. Çünki o sakitcə ilk qızıl axtaran qrupa qoşula bilərdi və gizli şəkildə qızıllara sahib ola bilərdi. Lakin səhv edirsiniz, o çox uzaqgörən insan idi. Belə ki, o San-Fransiski yolunda mağazaya sahib yeganə insan idi və burada o torpaq qazmaq üçün müxtəlif alətlər, bel, kürək, ələk və qızıl əldə etmək üçün müxtəlif alətlərlə ticarət etməyə başlayır. Beləliklə Sem Brennan özünün yaratdığı qızıl hərisliyinin köməkliyi ilə Kaliforniyanın ilk milyonerinə çevrilir.

798B3378-6AC5-42BA-97B9-7654D3D22065.webp

photo
photo
photo
photo

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Rasim yazı üçün çox sağ ol qadası. Sənə bir məlumatda verim bilmirəm bilirsən ya yox. Ama bəlkə elə hamıya maraqlı olar.
Bu Satter dediyin əslində Azərbaycanlıdı. Daha doğrusu kökü Azərbaycanlıdı. Qazax rayonu Quşcu ayrım kəndindəndi əsil adı Səttər di.

No inm/DQmQXJPQYdaKxpvCowNAoTF5Bw6TBTdAs8a7EAwq2VC4Bm5/John-Augustus-Sutter.webp)
Washington, D.C.Doğulduğu yer: 15 fevral 1803-cü il Almaniya
Ölmüş: 18 iyun 1880 (77 yaş) Vaşinqton, DC Amerika Birləşmiş Ştatları
Təsisçi: Kaliforniya
Rol: qızıl tələsik California Gold Rush