Piyada keçidi

in hive-131355 •  3 years ago 

Salam olsun hər kəsə. Bu gün sizə maraqlı,hündür, sonu bitməyən piyada keçidinin şəkillərni paylaşacam.)
Şəhərdə çox piyada keçidi görmüşük. Yer üstü və yeraltı piyada keçidi.) Amma bağlarda qatar yolunun üstündə 1 ci dəfə idi yer üstü piyada keçidi tikdilər.)

Bu yol piyada keçidi tərəfə gedir. Sağ tərəfimdə ki, su kanalıdı. Dərinliyi çoxdu. Bu kanalda çox insan batıb amma, keçmişdə yayda bu kanalda çimənıərində sayı az olmayıb.

IMG_20211019_163834_169.jpg

Keçək əsas məsələyə.) Nəhayət piyada keçidinə yaxınlaşıram.

IMG_20211019_163843_373.jpg

Bu pilləkanlara baxan da artıq məni fikir götürür). Mən cəhənnəmə cavanam. Bunun yaşlısıda var axı.🙄 bir qədər baxandan sonra yuxarı qalxmağa başladım.)

IMG_20211019_163848_538.jpg

Nəhayət yuxarı qalxdım biraz nəfəs alandan sonra, aşağı düşəcəm.) Yaşlı insanların bu keçiddən istifadə elədiklərini hələ görməmişəm.

IMG_20211019_163852_938.jpg

Mənzərəsi ama normaldı. Biraz gözlədim ki, bəlkə qatar gələr maraqlı şəkillər çəkərəm amma bəxtimdən gəlib çıxmaq bilmədi. İnsanda bəxt yaxşı şeydi.))

IMG_20211019_163856_384.jpg

Hündürlük o qədər çoxdur ki, hətta dəniz belə görsənir.)
İnanıram ki, gələcəkdə bundan da hündür piyada keçidləri tikiləcək və oların mənzərəsi daha möhtəşəm olacaq.)😉

IMG_20211019_163901_338.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Düzcə ki, görünüşü gözəldi. Yalnız görünüşü. İnsanlar yeraltı keçidlərdən istifadə etməyə üstünlük verirlər. Ona öyrəşiblər.