Bu gün başlayın.
İkinci və ya üçüncü dil örgənməyə.
Kitab oxumağa.
İnkişaf etməyə.
Sağlam qidalanmağa.
İdman etməyə.
Özünüzə və yaxınlarınıza vaxt ayırmağa.
Dünya turuna çıxmağa.
Yeniliklər kəşf etməyə.
Keçmişdə baş verən hadisələr üzücü ola bilər, yaxşı təhsil almaya bilərsiniz, yaxşı geyiminiz olmaya bilər, ətrafınızdakı insanlar yaxşı olmaya bilər ama bundan sonrası öz əlinizdədir. Atdığınız hər bir addım sizin gələcəyiniz üçün çox önəmlidir. Düşünülmüş və sağlam qərarlar verməyə çalışın.
Mən kiməm? Mən nə istəyirəm? Mən harada işləyirəm? Mən hansı marka geyinirəm? Mənim ətrafımdakı insanlar kimlərdir? Faydalı birisiyəmmi? Bu gün nə öyrəndim? Bu gün kimi incitdim?
Bu sualları özünüzə daim verin və cavablandırın.
Bu gün başlayın.
Əgər indi etməsəniz heç vaxt etməyəcəksiniz, necə ki dieta saxlamaq üçün bazar ertəsini gözləyən birisi kimi.