Salam.
Sizlərə yeni fəaliyyətə başlayacaq taksi markası üçün hazırladığım logo nümunəsini təqdim edirəm.
Logoda özünəməxus, oxunaqlı və modern yazı tipindən istifadə olunaraq, həm digital, həm outdor, həm də promo məhsullar üzərində problemsiz və tam çapa yararlı nəticəyə gəlinib çıxılmışdır. Özünəməxsus rəngi, rəqib şirkətlərdən kəskin seçilməsində və yeniliyi çağırışdırmasında önəmli pay sahibidir. Logoda “oo” hərflərindən istifadə edilərək bir başa yazının içinə inteqrasiya olunmuş simvolun trendə uyğun, adın yükünü minimalistik üslubla özündə əks etdirməsi və ayrılıqda da məna yüklü olması isə, ümumi işdə ən çox diqqət göstərilən məqamdır. Bir taksinin başlama nöqtəsindən (birinci “o”), təyinat nöqtəsinə (ikinci “o”) qədər getdiyi yolu, qısa və düz bir xətlə birləşdirilməsi, logonun adında özünü göstərən “tezliklə” (soon) sözcüyünün bütün mənasını özündə birləşdirə bilib.