Poeziya və ədəbiyyat
Boş ver...
Özünə öyrətmə demişdim məni,
Getmisən,elə bil nəfəsim gedib.
Həyatın iç üzü durub önümdə,
Xəyallarım gedib,həvəsim gedib...
Soyuq xatirədən üşüyəndə sən,
Qəlbimi od etdim,ələdim sənə...
Sən yağış istədin,buluda döndüm,
Mən axı nə pislik elədim sənə?!
Verdim ümidimi sənə hədiyyə,
Dedim ki,mənimlə bir həyat yaşa...
Açdım ürəyimin qapısın sənə,
İçin rahat olsun,gir rahat yaşa...
Tale yazılanda terse yazıldı,
Bilmirəm bəxtimə niyə düşmədin...
Her şey adiləşdi getdi gözümdə,
Sen ise heç zaman adiləşmədin...
Dikilib gözümə ən çətin sual,
Elə bir sual ki cavabı yoxdu...
Mənim həsrətimi yazıb pozmaga
Heç bir yazıçının kitabı yoxdu...
Mən böyüdüm belə,yaşadım belə,
Sevəndə gec sevdim,bitirəndə tez...
Mənim də qismətim belə yazıldı,
Tapanda gec tapdım,itirəndə tez...
İndi defn edirəm bütün arzumu,
Üstün basdırıram bir yekə daş ver...
Get öz həyatını yaşa əzizim,
Həyat qabaqdadır,sən məni boş ver...
Çox gözəl kadrdı.. həm çinin şeirdə. 👍👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Nə gözəldi. Eminə deyəcəm, mənə də bir şeir göndərsin. Qısqandım ee))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Eminə tapşırmışam sənə şeir zad verməsin.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
oba ela şeirdi bele baxiram men şeir yazmağa başdıyacam ele şey olar))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mənim kruqum şairlərdi, yaz sən də montaj edim.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit