Salam, dostlar. Deməli, sizə demişdim axı rayonlara getmişdim. O qədər şəkil çəkdirmişəm ki, bilmirəm hardan nə yazım. Amma maraqlı olacaq fotoları nəsə bir-iki cümlə ilə ifadə edib nəsə yazacam. Şəki Xanının sarayı var bizim Şəki şəhərində. Hər dəfə bura gələndə "Həm ziyarət, həm ticarət" filmi yadıma düşür. Filmdə Mustafa müəllim saraya gələn qonaqlara izah edir ki, burda heç bir mismardan istifadə olunmayıb. Amma arvadı hər dəfə deyir ki, orda xeyli mismar görüb. Yaxşı filmdi, boş vaxtınız olanda yenidən baxın. Ordan yadımda qalıb, Türkiyəyə gedəndə qohumugilə bir ovuc da torpaq da götürməyi unutmur. Mənə də biri rayona gedəndə "nə gətirim sənə?" deyirsə "bir ovuc torpaq" deyirəm. Bilənlər bilir ki, filmdən alıntıdır. Bilməyənlərə də nəsə izah etmirəm. Elə bilsin ki, mənim tapıntımdır, kreativliyimdir. Guya desəm ki, kənd çolpası gətir, tutub kəsib gətirəcək?
Bir rəvayət də var, guya bu sarayı tikib bitirəndə xan ustanı çağırır, deyir, bundan da yaxşı saray tikə bilərsən? Deyir, yaxşı pul verən olsa tikərəm. Xan da ustanın qollarını kəsdirir. Çox mənasız bir hekayədir. İnanmıram əsli Şəkidən olan xan elə hərəkət eləsin.
Bəlkə də bu çinarları həmin xanın babası zad əkib. Həmin nəslin nümayəndəsi belə bir hərəkər edərmi? Əsla və əsla.
Xan çinarların yaşı da bir xeyli var imiş, neçə-neçe ordular görüb, taxt-taclar görüb. Tarixdə qalan tikinti və ağaclar olub. Xanın nəslini səhv etmirəmsə Çar Rusiyası məhv etdirib. Bizə qalan xanın sarayı və bu xan çinarlar olub. Belə pis çıxmasın, vaxt olanda ağac əkmək daha faydalıdır.
1530-cu il e a kişi, adamın tükləri biz-biz olur. O qədər insan ömrü ola, asılıb qalasan əzrayılın boğazından. Ay allah, məni niyə çinar kimi yaratmadın? İnsan kimi yaratmısan, bari hərdən bir izlə da, gör sağam ya ölü?
Şəkiyə gəlib onun halvasını almadan getmək günahdır. Şəklini çəkməyə macal olmadı, yeyib bitirdik.
Orda olanda insan arzulayır ki, kaş zaman maşını olardı, ağacın əkilmə anına, xanın da ustanın qollarını kəsmə anını geri qayıdıb izləyəsən. Həyatdı da, görəsən, 1530-cu il hava necə Şəkidə havalar isti keçib? Mən olanda çox isti idi. Göydən aloy tökülürdü. Xanın nəslinində söymədiyim yer qoymadım.
#burnsteem25#club100#thediarygame#steemexclusive#betterlife#lifestyle#steemitazerbaijan#tr
Xanın ustanın qollarını kəsdirməyini istəyirdin ki, baxasan?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit