💚💙🤎💛Club100|| THE DIARY GAME Better Life.|| Qaxa səyahət və gürcülər. İlisu // 29.07.2022 🔥 BURN STEEM. 25% beneficiary to @null

in hive-131355 •  2 years ago 

Salam dostlar, yay gələndə hamı kimi biz də küyə düşüb getmişdik rayonlara. Əslində biz azərbaycanlıların istirahət düşüncəsi whatsappa harda olduğu ilə bağlı foto və ya video paylaşmaqdan o tərəfə keçmir. Biz istirahəti də qohum-əqrəba, qonşu, dost-tanış üçün edirik. Məsələn, filan yerdəyik, filan şəlalədəyik. Bu kimi paylaşımlar. Özü üçün istirahət etmək mədəniyyətini yəqin ki zamanla qazana biləcəyik.

20220727_161418.jpg

Qaxa getmişdim. Bir gürcünün evində qalmalı oldum. Qax rayonunun Qaxbaş kəndində. Kəndin və Qax rayonun əhalisinin çox hissəsi gürcülər, ruslar, avarlar və Azərbaycan türklərindən ibarət imiş. "İnternational" bir ortamda yaşamaq çox maraqlı olmalıdır. Ləhcə olaraq Şəki camaatı kimi danışırlar. Müşahidələrimə görə gürcülər çox aqresiv idi. Digər millətlər daha səmimi və qonaqpərvər idilər. Əgər bir bölgəni tanımaq istəyirsənsə mütləq həmin ərazinin bazarına getməlisən. Bazarda olan mənzərəyə görə deyə bilərəm ki, yaşamalı regiondur.

20220727_161354.jpg


20220727_161319.jpg

Təbiəti çox möhtəşəmdir. Açığı mənim alışdığım və illər ilə gördüyüm mənzərələrdir. Ailə üçün maraqlı gəlirdi.

Mənə maraqlı olan əhalinin həyat tərzi və məşğuliyyəti idi. Elə rayonun girişində olan kilsə hər kəsə deyir ki, burda əsasən xristianlar yaşayır. Çox heyif ki, dağların arasında olan kilsənin fotosunu çəkə bilmədim.

Ev sahibi gücrü xala bizə heç çəkinmədən çaxır təklif etməsi başqa bir mədəniyyətdir. Bizim camaatda belə şeyləri həzm edəcək level hələlik yoxdur. Həyətdə üzüm çardaqları və altında çaxır küpləri var idi.

20220728_075150.jpg


20220728_075137.jpg

Mənim yadımda qalan ən yaxşı hadisə axşamlar samovarı qaynadıb, çay dəmləmək idi. Ən gözəl içki.☺☺

20220728_080622.jpg

Sıra ilə Zaqatala, Şəki və Oğuzdan da postlar yazacam. Hər kəs whatsapp üçün foto çəkərkən mən də Steemit üçün maraqlı məqamları yaddaşa həkk etmişəm. Zaman uçub gedir, bizə qalan gəzmək və görməli yerləri görməkdir. Həyat qısadır, görməli olduğumuz yerlərin siyahısı isə daha çoxdur.

20220726_162404.jpg

Belə bir yerdə və belə bir həyətdə qalan gücrü niyə qocalsın ki? Məsələn, gedib Kürdəmirdə, Saatlıda, İmişlidə yurd-yuva quran ata-babalarımız utansın.

Steem alın, bizimlə qalın.

Photo by @revan746

#burnsteem25 #club100 #thediarygame #steemexclusive #betterlife #lifestyle #steemitazerbaijan #tr

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Wow nice photographs, have good day. Best of luck.

I invite you to Azerbaijan, come and be my guest

Of course I want to go, I want to meet you. God bless you,and me, Amen.🤝 ✌️❤️.one day it will heppend i guess.

As Steemit Azerbaijan, let us host you in Azerbaijan

Seriously i want go your country.✌️😊

Əlaçı. Xoş istirahətlər Bro...Bax budur deyirəm haaaaa. Vaxt gələcək yoxe bəlkə də uje deyiblər. O balaca İgidlər. Heç utandın onları gəzdirə də? Qorxmadınki, Sənə də deyərlər, Bu qədər Cənnət məkan qala-qala gedib məskən salmısan Sumqayıtda😂😂😂