Steemit bizi bir tərəfdən dəli edib, birjalar da bir tərəfdən. Səhər oyanar oyanmaz əlimi atdım telefona və gördüm ki, hər tərəf yaşıla bürünüb. İstər-istəməz insanın kefi yerinə gəlir və yaxşı hiss edirsən. Və beləcə pəncərəyə yaxınlaşıb bu yaşıllaşmanı təbiətin yaşıllaşması ilə eyniləşdiririk gözəl mənzərə meydana çıxır. Ümumiyyətlə səhəri necə açarsan günün elə başlayar teması düz imiş.
Axşamdan @famil ilə danışmışdıq, bizim tərəflərə səhəri reallaşacaqdı. Sumqayıtda günorta üçün görüş təyin etdik və belə günümüz başladı. Steem coin də 15 sentdən 23 sentə qədər bir yüksəliş edib. "Corporation Steemit Azerbaijan"ın (Corporation - subyektlərin ümumi məqsədə çatmaq üçün yaratdığı birlikdir) dünən aldığı coinlər dəyər qazanıb. "Corporation Steemit Azerbaijan"(bundan sonra CSA) rəsmi olaraq bir investisiya birliyi olaraq ümumi qərarlar verərək yatırımlar həyata keçirməyi hədəfləyib, test mərhələsini uğurla başa vurmaqdadır. @isa545, @famil və bəndəniz mən müəyyən müzakirələr etdik, gələcək zamanda görüləcək işlərdən danışdıq. Bu arada foto çəkdirməyi unutduq. Famil Bakıya qayıdarkən yolda mənə yazıb ki, hər şey əla idi, foto yaddan çıxıb.
Qısa zamanda yenidən görüşmək lazımdır, ən azı foto bəhanəmiz var. Ümid ediəm ki, qurmaq istədyimiz işin fonunda tez-tez görüşmək lazım olduğunu anladıq. Və ya metaverse dünyasında CSA-nın iclasını təşkil etmək lazımdır.
Bu arada @yusif79 əlimyandı gəlib bizimlə görüşüb qaçdı, nənəm demiş, od götürməyə gəlmişdi. Adam yanğınsöndürən olduğu üçün məslək amacı olaraq su görəndə, çay görəndə elə bil ən əziz adamını görür.
Bu foto həmin oturduğumuz kafenin hasarıdır.
Günü beləcə axşama doğru əydik, hamı dağılışdı. Axşama çay süfrəsinə görüş təyin edildi. Baş rolda yenə @yusif79 və @isa545 var idi. Adının nə olduğunu bilmədiyimiz bir kafeyə Çardaq adı vermişik, orda toplşadıq. Kafeni işlədən qardaş bizə "uğursuz biznesmenlər" adını qoyub.😊😊😊 Adam bizim bütün etmək istədiklərimizi realda icra etsə ölkənin ən böyük iş adamı olar.
Bu fotonu maşınla hərəkət zamanı çəkmişəm, o qədər də yaxşı kadr tuta bilmədim. Yazdığım söhbətə dəxli olmayan bir foto olsa da bayraq dalğalanda adamın içində nəsə başqa bir hiss olur.
Günün açanda Günəşin fotosu, axşamçağı da Ayın fotosu ilə günlük yazımıza rəng qatmış olduq.
Yeni postlarda görüşmək ümidi ilə.
steem alın, bizimlə qalın
Photo by @revan746
#club100 #thediarygame #steemexclusive #betterlife #lifestyle #steemitazerbaijan #tr
Kafe işlədənə də bütün planları danışmısanmı? Удача любит тишину, eşitməmisən bəs?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Deyirəm ki @famil qardaş təşrif buyurub gəlibdi da. @yusif79, sən, mən bir də o @isa545 qardaşı da çağırasan yığışaq oturaq bəlkə? Nə deysən?🤔
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit