Mən gözümü açandan demək olar ki, hər gün eşidirəm. "Günəş sönməkdə olan ulduzdur". Çox qəribə səslənir, günlərin bir günü səhər oyanırsan ki, Günəş çıxmayıb, sönüb. Dünyanın sonu. Amma bu hadisə olarsa bir gecə yatıb, səhər durmaqla olan iş deyil. Bu hadisənin olması üçün illər, əsrlər lazım olacaq deyə düşünürəm.
Bugün əsas olan planlar Yer kürəsinin insanı Günəş enerjisindən daha çox faydalana bilməsidir. Yollar axtarması, icadlar etməsi. Günəş enerjisini elektirik enerjisinə çevirməsi. Günəş enerjisi tükənməyən alternativ enerji mənbəyidir. Külək də həmçinin. Amma bir gün Günəş sönərsə? Pozitiv olaq, sönməyəcək bir müddət.
Günəş panellərinin geniş yayılması və enerji əldə olunması çox yaxşı hal ola bilər ölkəmizdə. Ölkəmizdə günəşli günlərin sayı hardasa aran rayonlarında 230 gün ola bilir. Ortalama ölkə ərazisində 2900 saat günəşli hava qeydə alınıb. İndi bir ağıllı yatırımçı şirkət sərmayə qoyaraq günəş panelləri ilə enerji istehsal edə və bunu dövlətə sata. Bu mümkündür.
Bu mövzu elektrik malları satılan mağazanın qarşısında quraşdırılmış günəş panellərini görüncə ağlıma gəldi bundan yazım.
photo by @revan746
Rəqabətli mühit və iş adamlarına, düşünən beyinlərə imkan versələr bizim insan nələr etməz ki. Bu gün araşdırma etdim ölkədə xeyli günəş panelləri satan şirkətlər var. Amma sadə insan üçün bunları gətirib öz həyətində quraşdırması 3-5 min manat arası maliyyə tələb edir. Sıradan bir adam üçün böyük puldur. Bu sistemi həyətindən qura bilərsə o insan 5 ildən sonra enerjiyə pul ödəməkdən canı qurtarır. Varlı təbəqənin isə enerjinin qiymətinin neçəyə olması maraqlı deyil.
İl ərzində küçələrin, parkların işıqlandırması üçün milyonlarla vəsait xərclənir. Bu alternativ enerjilərə çevirmək lazımdır. Mütləq lazımdır. Məsələn, yol kənarında taksi dayana bilər lövhəsini işıqlandırmaq üçün üzərinə günəş paneli quraşdırıla bilər. Bildiyim qədəri ilə bəzi yol nişanlarında bu cür günəş panelləri qurulub. Piyada zolağı falan.
photo by @revan746
Keçən illərdə pilot layihə olaraq "üzən günəş panelləri" Böyükşor gölündə quraşdırmaq istədilər. Məncə elə layihə olaraq qaldı.
Indi bir video yerləşdirim, baxın görün insanlar nələr edir.
Azərbaycan elə bir coğrafiyada yerləşir ki, bütün fəsillərdə alternativ enerjilərdən istifadə üçün tam yaralıdır. Bakı və Qobustanın küləyi, Aranın da günəşli günləri.
Bu ölkənin altı da üstü də sərvətdir deyənlər bu elə belə deməyiblər. Bu reallıqdır. Reallığı görüb əməli fəaliyyətə keçib tədbiq etmək lazımdır.
"Qoy həmişə günəş olsun, Qoy həmişə səma olsun" belə bir mahnı var. Sona qədər oxudunuzsa belə bir sual: alternativ enerjilərdən istifadə üçün daha nələr etmək olar?
Steem alın, bizimlə qalın.
How much is 3-5 thousand manats in STEEM or USD?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
@steemcurator01 1 manat = 0.58 USD, 1 manat = 1.61 steem
Azerbaijan is not rich enough to get alternative energy, but it can be expanded by organizing a social project on Steemit.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
#club75
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
1 USD= 1.7 Manat
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
nə olur olsun, mən 10 manatlıq steem alıram
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😄 Nə çalırlar çalsınlar, mən heyva gülü oynuyacam
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Deyəydin, lotereya alsın🤭
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Lətifə var e, Əhməd sən də bir dəfə loteriya al da
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Dənizimiz də var.Dəniz dalğalarının enerjisindən də istifadə etmək olar.Amma gölün üzərinə işıq panellərini döşəməyin əleyhinəyəm, çünki burda yaşayan canlıların da(su bitkiləri, heyvanları) gün işığına ehtiyacları var.Hələ burda uçan quşları demirəm.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
üzən panellər olduğu üçün o qədər də ziyanlı ola bilməz.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bu postdan sonra əminliklə deyə bilərəm ki, Sən buralarda yaşayan deyilsən.(Adama deyərlər Sən Buna yaşayış deyirsən?)Nəsə Gəlmə millətə oxşayırsan. Yenə saralıb, parslanmış simə toxundun. Qardaşım bütün steemləri yatır iş qur qabağa get, bir də gördün varatnikindən yapışıb qaldırdılarki, bu qədər inkişaf etmisən bəsindi nə var, nə yox perevod elə Şakaya... Yada elə rüsumlar qoyulacaqki, öz-özüvə deyəcəksən ki, kaş bu fikirləri fikirləşməyə, yazmağa ayırdığım vaxtı bundan daha alternativ işə ayırsaydım əla olardı. Əvvəlcə legal deyib, sonra qeyri-leqal damğası ilə vurulan işlərlə dolu aləmdə yaşayırıq BROOO...Alternativ variantlar da çoxdu.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit