Keçidlər, banan və banal düşüncə

in hive-131355 •  3 years ago 

Ömrümüzü yedi keçidlər. Bakı yeraltı və yerüstü keçidlərə görə dünyada ilk yerlərdə olmalıdır. Bunu araşdırmaq lazımdır.

20210714_201415.jpg

Ölkədə keçidlər və parkların mərmər ilə döşənməsi banal düşüncənin məhsulu idi. Biz görmüşük ki, parklar yaşıllıq olar, çəmənlik olar, ağac olar, gül olar, çiçək olar. Bizim parklarda mərmər döşəmələr var. Pul var idi, hər yeri bəzəmişik, zövqsüzlük tökülür bizim Bakıdan.

Banal düşüncənin fonunda qarşına banan danışayan qazel çıxarsa belə bir fotonu əldən vermək olmazdı.

20210714_201553.jpg

Bir balaca başım açılsın videolar çəkəcəm. Paylaşacam. Bakını videolar ilə anladacam sizlərə. 20 yanvar dairəsindən yazacam. Bütün ölkənin birləşdiyi məkan var -20 yanvar dairəsi.

Məni izləyin, dislike edin, bilim ki, burdasız. @revan746

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Səndən zəhləm getdiyini ən son nə vaxt söyləmişdim??? Bundan təbii dislike tapammadım

Son zamanlar tez-tez söyləyəcəksən.

Ne yaxwi yazmisiz maraqli

Təşəkkür edirəm. Var olun))