Tanrıya həbs. Tanrı olmaq iddiası- Zevs

in hive-131355 •  4 years ago 

Yazacağım yazını nə az, nə çox düz beş gündü başımda o tərəfə, bu tərəfə çevirirəm. İnşallah, maşallah, sübhanallah edib başlaya bilmirəm. Yazı yazmaq bir az da vərdişdir, bir balaca əlini soyutsan, sonra başlamaq çətindir.

Son bir həftə idi ki, ölkə gündəmimiz Tanrının həbs olunması xəbəri ilə çalxalanırdı. Qədim Yunan tanrısını tutub basdıq içəri. Vallahi yunanlar bilsəydilər ki, onların Şimşək tanrısı olan Zevsi bizimkilər tutub dama basacaqlar, bir dənə də olsun Tanrı icad etməzdilər.

greek-god-1165599_1920.jpg

İndi biz şimşək tanrısına 30 sutka veririksə, görün Paseydona (dəniz allahı) nələr edərdik. Düzü dənizi çoxdan həbs etmişik, hasarlamışıq, amma mövzu o deyil, bəlkə ona aid də nələrsə yazmaq olar, mövzudan mövzu çıxır. Adam bilmir nədən yazsın.

Yunanlarda Tanrı olan Zevs bizim ölkədə Youtuberdir. Ölkədə nə qədər səviyyəsiz mövzuda videolar axtarsaz bu tipin kanalında tapa bilərsiz. Yəni bildiyimiz "qara kurtkalı qaqa obrazı, divijeniya, qız tutmaq, oğru aləminə simpatiya". Hərdən gənc nəslin bu yolu tutmasını qınamıram. Ölkənin ən tanınmış nəşriyyatında (Qanun nəşriyyatı) lotu Rövşən Lənkəraniskiyə aid kitab çap olunursa, Zevsi ən uğurlu gənc hesab etmək olar.

18977.jpg
link

Tanrılarının qırılsın ay yunanlar, adam da hər şeydən Tanrı qayırar? Haqq verdiyim tək tanrınız Afrodita idi, onu da Tik-Tok-da şey elədik.

Bizim tanrı olmayan Zevs youtube üzərindən izləyicisi ilə görüşür və kamera qarşısında bunu eşşək sudan qayıdana kimi döyür və sonra görüntüləri kanalında yayımlayır.

zevs.png
baxmayanlar üçün link

Yəqin ki, görüntülərə baxanlar olub. İndi beləsinə nə ad verəsən? Tanrılar hara baxır?
Tanrıdan əziyyət çəkməyən misirlilərə də burdan atəşin salamlar. Zevsi qoduğluğa basmağa nə var e, oğul istəyirəm RA-nı tutsun. RA-nı tuta biləcək oğlan Aydı, o da üç-dörd ildən bir baş verir.

Z nəsli adlandırdımız nəsil çox potensiallı nəsildir, bizim bir ilə gəldiyimiz yolu onlar bir günə gedir. Mühitə adaptasiya sürətli şəkildə baş verir. Amma bu Z nəslindən Zevs kimi tiplər çıxdıqca adam yunanları söyür, tarixinə, mifologiyasına üstsən aşağı baxır. Bəlkə də adını Novruzəli qoyub izləyicisini döysə adamı şey eləməz e, Cəlilin Novruzəlisi də poçtalyonu döymürdü ki? Həmin xalqın nümayəndələri bizik də. Niyə adını Zevs qoyub yunanların tanrılarına toz qondurursan?

Keçənlərdə də qarşıma bir video çıxdı, deyəsən son zəng idi, sinifin uşaqlarını bir-bir səhnəyə dəvət edirdilər, " bu da sinifin lotusu filankəs " deyə xitab etdilər. O da Rəis Hızır Çakırbəyli kimi səhnəyə çıxdı. Bir qaldı "AUE" zad desin.
Tüpürüm Z nəslini bu hala qoymaq istəyənlərin üzünə, məqsədsiz deyil. Məqsədlidir bu iş, təhsilin içnə zad edib, bizim gənc nəsli bu günə qoyduz, vallahi bravo, əhsən, malades.
Ziyalı olub ziyansız bir nəsil yetişdirmək çətin işdir, çox çətin.

Oxuyub, fikrinizi bildirməyi unutmayın. Təşəkkürlər @revan746

Steemit Azərbaycan 3 (3).png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Bura meyxana mədəniyyətini, toyxana manıslığını, bozbaş şouları da əlavə eləsəydin, əhsən deyərdim sənə

O da olacaq, "peçat söhbətlər" olacaq, "qırğın deyişmə" zad

Vay Zaurdan nicat diləyən, Xoşudan itiyimizi axtarmağı istəyən, bayram nursuzdan fal açmağı yalvaran, Telli Borçalını efirlərin baş ucunda əyləşdirən... Dalını sən de

dalı zadı yoxdu, o söhbətlərdən uzaq olmaq yolunu tutmuşam.)) bu yazı xaric

Doğurdan da elə sürətlə üzü aşağı gedirik ki, bunun harda dayanacağı və kimin şüurlu halda sağ qalıb qalmayacağı məsələsi sual altındadır. Ağlamağım gəlir həqiqətən. Sonları oxuduqca dərindən ah çəkdim daha heşzad... deyə bilmirəm. Özümüzü ağılı saymıram biz də bu cəmiyyətin, təbiətin bir parçasıyıq. Bilavasitə razılığımızla dəstək veririk bu işləri bizə edənlərə.

Bəli, biz də bu cəmiyyətdə yaşayırıq, Zevsin tanrı olmaq istədiyi cəmiyyətdə

Rəvan qardaşım sözün əsil mənasında qızıldan dəyərli vaxtından ayırıb,insanlığın üz qarası olan belə dəyərsiz varlıqlardan yazdığın üçün çox sağ ol.Bu defis işarəsinə oxşayan özünü zevs adlandıran gədə hələ adam olduğunu dərk edə bilməyibsə ilk öncə ona adam olmağı örgətməg,başa salmaq lazımdı.(eyzəbər bə,eyzəbər tə...vur)
Sovet vaxdı Baharın 17 anı kinosu var idi.bunu yəginki hamımız bilirik Məhşur Ştirlis..O vaxtı belə bir deyim var idi ki,"Bu ştirlis cavanların başın xarab eleyib".İndi də Qardaş hemin şeydi.Baxırsan ki (əks cinsin nümayəndələrindən üzür istəyirəm) "aftafayla təzə -təzə tanış olan" ağzı qara gədələr,biri Polad olub,biri Memati olub nə bilim o biridə gəlib ki məndə "Xıdır Çaxırbəyliyəm".Bu cürə başlarının içində beyin əvəzinə peyin gəzdirənlərə birinci adam olmağı,özün olmağı öyrətmək lazımdı.Nəysə eee
"Belələrinə nə ad verəsən?Qrabitel Tüfeyli")))

Yusif hanı ee?Söhbət "xırmanda dalaşmağa gedən əli yabalı poseydon"dan düşəndə Yusifsiz olmur

Günah nədə və yaxud kimdədir?Sürətlə inkişaf edən texnologiyadamı,yoxsa övladı ilə məşğul olmağa,vaxt keçirməyə imkanı,vaxtı olmayan valideynlərdəmi???Bir şey maraqlıdır ki,cibində siçanlar oynayan bir çoxunun son model smartfonu var,bu azmış kimi körpə uşaqlarda da həmçinin.Bu günki cəmiyyətin sonu heç də yaxşı görünmür.