Bir daha salam steemit xalqı.Necəsiniz? Mən çox yaxşıyam.Çünki bu postumda ədəbiyyatdan, ruhdan, həyatdan danışacam.
Ruh nədir? İnsan cismini canlandıran? Xeyr. Ruh bizim cismimizi canlandıran yox bizim özümüzük. Ruhumuz necədisə bizdə eləyik. Ruhumuzu qidalandırmaq özümüzü yaşatmaq deməkdir. Deyirlər musiqi ruhun qidasıdır. Bəli elədir. Amma musiqi hər şeyi həll eləmir. Ruhu daha incə , daha gözəl edən ədəbiyyatdır.Ədəbiyyat bir çox insanlara lazımsız gəlir. Ədəbiyyat- şeirlər , hekayələr , nağıllar və.s bunlar insana lazımsızdı, insanı inkişaf elətdirmir, lazımlı işlər görün kimi deyimlər çoxdu.Lakin mən bu fikirlə qətiyyən razı deyiləm. İnsan söz ehtiyatını , düşüncəsini, nitqini bu əsərlərlə , şeirlərlə zənginləşdirir.İnsana öz düşüncələrini , duyğularını daha təsirli ifadə etməyə imkan verir.
Ədəbiyyatı mənə kim sevdirdi? Bu insan mənim həyatımda çox mühüm yer tutur. Ədəbiyyat müəlliməm Şəhla Qurbanova.Onun kimi gözəl insan , ruhu təmiz , insanı rahatlaşdıran kəlimələri olan biri görməmişəm.Məhz müəlliməm sayəsində ədəbiyyata vurğunam. Özümü yalnız burda görə bilirəm. 5-ci sinifdən bəri bu fənni məcbur yox, çoooooox sevərək oxumuşam.
Ümumiyyətlə insan qəlbi nəyə ehtiyac duyur? Təbii ki , sevgiyə. Sevgi hardadı? İçimizdə.O sevgini yaradan , üzə çıxaran nədi? Danışdığımız sözcüklər , hisslərimiz. Bu sözcüklər və hisslər necə yarandı? Ruhumuzdan.Ruha necə gəldi? Ədəbiyyatdan. Ədəbiyyat bir sevgi , eşqdir. İnsan hər hiss etdiyini , nə istədiyini isyankar , təsirli bir şəkildə bədii sözcüklərlə , şeirlə deyə bilir.
Ədəbiyyata sevgim artdıqca özümdə bir şeylər yazmağa çalışdım. Mənim ən sevdiyim mövzu imkansız eşqdir. İsyankar şəkildə yazılan , eşqini elan edən şeirləri həddən artıq çox sevirəm.Özümdə arada bu mövzu haqda yazıram.Amma sizlə bir şeirimi paylaşmaq istərdim. Payızı çox sevirəm və bu mövzuda şeir yazmışdım.
Payız Nəğməsi
Gələn bir payızdır, xoş nəğməsiylə,
Külək pıçıldayır yarpaq səsiylə.
Hər yarpaq özündən bir səs çıxarır
Külək də bunları qələmə alır.
Quru yarpaqların o kövrək səsi,
Küləklə yaradır payız nəğməsi.
Bir yandan yağış da həzin tək yağır
Bu dahi əsərə o da rəng qatır.
Külək bərkidikcə səs qalxır zilə,
Yağış da durmadan yağır sürətlə.
Bir yandan göylərdə ildırım çaxır
Getdikcə həyəcan daha da artır.
Günəş çıxmasıyla hər şey dəyişdi,
Bu dahi əsərin sonu yetişdi.
Gecədən çalınan payız nəğməsi
Sabah günəşiylə sonuna yetdi.
Həyatımızı mənalı edən bədii əsərlər, şeirlər , hekayələr , nağıllar , povestlər, romanlar və.sdir.Xəyal gücü geniş olan insanlar bunu daha yaxşı anlayar.Mənim gözümdə ən yaradıcı, ağıllı , düşüncələri geniş olan insanlar yazarlar , şairlərdi.
Mənim bibim , Aytən Eyvazon yazıçıdır. Romanla bərabər , qəzəllər də yazır.
Mən bibimin və digər tanıdığım şairlərin , yazıçıların əsərlərini oxuyanda zövq alıram. İnsan elə bil yenilənir. Heç kitab oxumayan insanlar əslində insan deyillər. Onlar yalnız cisimlərini tərpətməklə məşğuldurlar. Kitab oxumayan insanlar çox şey itirir. İstər bədii, istər elmi. Kitab oxumaq insana həmişə xeyirlidir.
Burdan yazımı oxuyanlara səslənirəm.Mütləq ruhunuzu qidalandırın ki , həyatda əsl yaşamaq nədir biləsiniz.Oxuduğunuza görə təşəkkürlər:))
Hələlik , digər postda görüşmək ümidi ilə:)
Fikirlərinizə tam qatılıram. Ədəbiyyat həyatın özüdür. Mən istənilən bir gecə şeir yazmasam yaxud oxumasam yata bilmirəm. Düşünürəm o günümü yaşamadım. Əlbəttə ki yaza bilməyənlər bədii ədəbiyyat oxumaqla öz ruhunu qidalandırmalıdırlar.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bəli , ədəbiyyat oxumaq belə çox önəmlidir.Fikirlərimə qatıldığınız üçün təşəkkürlər.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
MAŞALLAH çox gözəl. Şeirin yeri başqadır. Əllərinizə sağlıq👍 Elə güclü bacarığım olmasa da, hərdən çorta gedib şer yazdığım vaxtlar da olub. Oxumaqdan çox dinləməyi çox sevirəm. Oxumağa səbrim çatmır. Dinləməyin bir üstünlüyü da varki, dinlədikcə yuxu aparır)) Bir daha təşəkkürlər.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Siz sağolun ki, bəyəndiniz. Təşəkkürlər.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ədəbiyyatı sevməyinizi oxumaq xoş oldu.
Qrupda kitabsevərləri görmək sevindiricidir.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Mənim üçün də ədəbiyyat sevərləri görmək xoş oldu, təşəkkürlər.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Əla yazılıb
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkür:))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Ədəbiyyat məktəb vaxtı mənim ən sevdiyim dərs idi hələdə çox sevirəm☺️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Eynən, mənimdə😇
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
@rnhsynl, Steemit Azerbaijan topluluğunda həyata keçirilən yeni projedə sizə uğurlar!!! Bizimlə qalın.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit