Gecikmiş kitab sərgisi)

in hive-131355 •  3 years ago 

WhatsApp Image 2021-12-05 at 01.40.23 (2).jpeg
Salam Steemit xalqı. Ümidvaram ki, hər biriniz yaxşısınız. Mən gedib, amma paylaşa bilmədiyim kitab sərgisi haqda yazmaq istədim.Bəlkə də ən maraqlı , ən gözəl sərgi kitab sərgisidir. Kitablar qədər gözəl, insana yararlı əşya yoxdur.
Sərginin abu-havası çox xoşuma gəldi. Çoxlu insanlar və çoxlu kitablar.Möhtəşəm mənzərədir.

WhatsApp Image 2021-12-05 at 01.53.27.jpeg
Təkcə bilik vasitəsi deyil, həyatımızın ən mühüm parçasıdır kitab. Ona görə yazıçıların belə bizim həyatımızda rolu vardır.
Sərgidə hər janrda kitablar var idi. Kitabların səliqəli və janrlarına görə düzülmələri çox xoşuma gəldi. Ən çox diqqətimi çəkən bir şey oldu ki, kitablara nəzarət edən şəxslər nəzarət etdiyi kitab janrlarından kifayət qədər məlumatlı idilər. Orada şəkil çəkərkən çox maraqlı bir an tuta bildim. Kitab satan insan o qədər maraqla kitaba dalmışdı ki, şəklini çəkə bildim.

WhatsApp Image 2021-12-05 at 01.40.23 (1).jpeg
Orada kitablardan başqa rəsm əsərləri də var idi. İncəsənətin ən dərin ruhlu hissəsi rəsmdir deyərdim mən. İlk baxışdan başlayaraq getdikcə insan dalır və hər saniyə başqa hisslər ortaya çıxır.

WhatsApp Image 2021-12-05 at 01.40.23.jpeg
Və orda ən çox sevdiyim başqa şey də vardı. Qəzəl. Qəzəllər ifa olunurdu və ifa edənin səs tonu, mimikaları , jestləri çox gerçəkçi idi.

WhatsApp Image 2021-12-05 at 01.40.23 (3).jpeg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Good post

Thank you 😊

Ne kadann güzell😍

Təşəkkürlər 💫

Çox xoşdur kitabdan hər dəfə danışılanda, yazılanda...

Bəli, kitabdan danışmaq çox gözəldir

Kitablara çox böyük simpatiyam var. Çox təəssüf ki, kitab oxumağa səbrim çatmır😔 Tədbir Sumqayıtda olub? Fotolardan belə qənaətə gəldim. Bir fikrimi də bildirim, istər ticarət, istər tədbir və hər nə olursa olsun təqdimat və təqdimatçı öndə durandır. Məhsul zay ola bilər, təqdimatçı elə gözəl təqdim edə bilərik, insan zay məhsulun arxası ilə qaçmalı olar. Təbii ki, doğru, düzgün və maraqlı təqdimatdan söhbət gedir. O cümlədən də, o qəzəl ifa edən "Keçi, Xoruz" şeirlərini elə ifa edərlər ki, adam dinlədikcə dinləmək istər...Çox maraqlı post alınıb. Oxuduqca pozitiv enerji alır İNSAN...👍

Çox sağolun😊