Salam Steemit xalqı. Bu mənim ilk postumdur. İnanıram ki, mənlə tanış olmaq maraqlı olacaq.Adım Hüseynli Rənadır. 18 yaşım var. 2020-ci ildə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin Komputer elmləri ixtisasına qəbul olmuşam. Hal hazırda 2-ci kursda oxuyuram.
Xarakterimi aydın göstərmək üçün əkizlər bürcü olmağım bəs edir məncə. Çox dəyişkən biriyəm. Sabit həyat tərzini sevmirəm. Hər şeyə maraq göstərib məlumatlanmağı çox xoşluyuram.Çox pozitiv biriyəm. Məktəbdə olduğu kimi universitetdə də uşaqların enerji mənbəyi olmuşam.İndiyə qədər qabağıma bir məqsəd qoyub onun ardınca getməmişəm , çünki hər şeyə həvəsim yaranır və çox vaxt dərinə qədər bir şeyi öyrənmirəm.Uşaqlıqdan məktəbi çox yaxşı oxumuşam. Musiqiyə həvəsim yarandı və pianoya getdim. 7 il piano təhsili almışam.
5-ci sinifdə ədəbiyyat fənnini keçməyə başladıq. Ədəbiyyat mənim üçün bir fənn yox , həyat idi. O qədər çox sevirdim ki ədəbiyyatı.Hətta dəftər belə tutmamışdım , ancaq vərəqlərdə təqdimat kimi bəzəkli , ətraflı edirdim tapşırıqları.
Başladım şeir , hekayə yazmağa. Gələn postlarda yazdığım şeirlərdən , hekayələrdən paylaşacam.Bir sözlə, incəsənət ruhlu biriyəm. Amma birdən riyaziyyatı daha çox sevməyə başladım. Tanıdığım Riyaziyyat Elmlər doktoru olan biri tərəfindən imtahan olundum. Mənə dedi ki, səndə alınacaq , riyaziyyat üzrə təhsil al.Məndə yazar olmaq fikrimdən daşındım. İmtahan verdim , amma riyaziyyata vermədim. Komputer elmlərinə qəbul oldum və proqramçı olmaq qərarına gəldim. Təəssüf ki, 1-ci il karantin oldu və universitetə gedə bilmədim. Onlayn komputeri başa düşə bilmirdim. Və həvəsim öldü. Karantin vaxtı çoxlu-çoxlu yeməklər , şirniyyatlar bişirməyə başladım və zövq alırdım bişirəndə. Maraq üçün bir neçə ay aşpazlıq kursuna getdim. Sonra Rus-dili kursuna getdim. Hələ də komputerə həvəsim yox idi. Axır ki , universitetlər açıldı və müəllimlərimiz çox yaxşıdı. Cavan kadrlar bizi yönəltməyə başladılar. Anladım ki, mənim xoşuma gələn front end developerdi. Artıq front end developer olmaq üçün çalışıram. Bu haqda da gələn postumda məlumat verəcəm. Həyatda öz yerimi tapdığımı düşünmürəm. Mən ağıllı olmaqla yanaşı şöhrətli olmaq istəyirəm və bunu mütləq edəcəm. Heç vaxt bədbin olmayın. Hər şey gözəl olacaq. Diqqətinizə görə təşəkkürlər:)
Hələlik Steemit:))
Aramıza xoş gəldiniz
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xoş gördük🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Çox gözəl (@rnhsyl) Rəna xanım. Sizi tanıdığıma çox şadam. Mən maliyyə-kredit ixtisasını bitirməyimə baxmayaraq artıq 10 idən çoxdur ki, kompyüter elmlərinin bir çox sahələrini öyrənməyə çalışmışam. Seçiminiz həqiqətən çox gözəldir. Uğurlar diləyirəm.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər, məndə şad oldum 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xoş gəlmisiz Rəna 🤗
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xoş gördükk😇
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
@rnhsynl, Steemit Azerbaijan topluluğunda həyata keçirilən yeni projedə sizə uğurlar!!! Bizimlə qalın.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit