Soyuq əllər, isti ürəklər..

in hive-131355 •  3 years ago 

WhatsApp Image 2021-12-07 at 00.40.07.jpeg

Salamlar hərkəsə. Bu gün artıq dekabrın 7-sidir. Yeni il yaxınlaşır , hər kəs bayrama hazırlaşır. Bakını o qədər gözəl bəzəyiblər ki , valeh olmamaq mümkünsüzdü.Hələ hava qaralanda yanan işıqların gözəlliyi..

WhatsApp Image 2021-12-07 at 00.40.08.jpeg
Artıq 2021-i arxada qoyuruq , qarşıdan necə gələcəyini bilmədiyimiz 2022-ci il gəlir. Həmişə insanlar yeni il gələndə sevinir, lakin həmin ili yola salanda yenə sevinirlər, təzə ilin gəlməyini istəyirlər. Çox maraqlıdır ki, insanlar niyə yalnız yeni ili gözləyirlər:(
Yeni il gəlir və insanların yeni planları olur. Təzə il insanlara bir növ motivasiya verir.Adi Yolka belə insanların üzündə təbəssüm yaradır. Bir çox insanlar 31 dekabr gözəl yeməklər yeyəcək deyə bayramı sevir, bəziləri əylənəcək deyə sevinir, bəziləri isə hər şeyin təzə ildə daha yaxşı olacağına ümid edərək sevinclə saat 00:00 -ı gözləyir.

WhatsApp Image 2021-12-07 at 00.40.08 (1).jpeg
Yeni il dedikdə ilk ağıla Şaxtababa və hədiyyələr gəlir. Bəlkə də insanlar buna görə Yeni ili sevir. Şaxtababanın saxta olduğunu bildiyimiz üçün biz evdə ailəlikcə püşk ataraq bir-birimizə hədiyyə alırıq və həmin gecə hədiyyələr veriləndə , hədiyyələr açılanda çox maraqlı anlar yaşanır.Bu il də püşk atdıq və həyəcanla hədiyyəmi gözləyirəm:))
WhatsApp Image 2021-12-07 at 00.40.07 (1).jpeg
Hələki köhnə ildəyik və mən istəyərdim ki, hər kəsin üzündə illərdən asılı olmayaraq gülüş olsun, gözlərində qəm olmasın, baxışları ilə insanlara ümid versin , içlərində inam olsun.Steemit xalqı , hamınızı çox sevirəm. Postu oxuyanlara da ayrıca təşəkkür edirəm. Hələlik ))

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Gözəl post idi.
Yeni iliniz yeniliklərlə gəlsin✨

Çoxsağolun🥰