Bir daha salam.

in hive-131355 •  3 years ago  (edited)

Özümü xəbərsiz evdən çıxıb getmiş,indi də necə qayıdacağını,necə,nə deyəcəyini bilmirmiş kimi hiss edirəm..Yəqin ki,bu karantin,bu birdən-birə həyatımıza gələn bu "fövqəladə vəziyyət" psixologiyamı da alt-üst etməyi bacardı.Əslində problemi özüm yaratdım. Belə ki,ilk başlarda heç bir mənfi nələrsə yoxmuş,həyat normalmış kimi davrandım.Dolayısıyla bu vəziyyəti gözardı etdim və üstündən keçdim. Ya da ki, keçdiyimi zənn etdim..)Keçməmişmiş..Bunu əslində hesablamalı idim, çünki psixologiya deyir ki, başınıza gələn hər şeyi,hər bir duyğunu,hissi bütün dərinliklərinə qədər yaşayın. Lap dibəcən enin. Enin ki,həmin duyğudan əsər-əlamət qalmasın. Tam dibə enin ki, üzə çıxmaqdan başqa yolunuz qalmasın.Mən də deyəsən dibləri yaşadım, üzə çıxıram yavaş-yavaş..Yenidən özümü yazarkən görmək sevindirdi..Axarıncı olması diləyilə.. .

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Salam, Səidə. Necəsən?

Psixologiyamla uzun sürən çarpışmadan sonra qucaqlaşmışıq,birlikdə sağalırıq☺️

Səni yenidən yazarkən görmək bizi də sevindirdi, axarıncı olsun.

Minnətdaram🙏🏼

Hər zaman sevincli...