Hər vaxtınız xeyir, dostlar.
Allahın bizə verdiyi ən böyük möcüzə baldır. Arılar bitkilərdən qidalanır, şəfaverici təsiri çoxdur. Demək olar ki, min bir dərdin dərmanıdır. Bal haqqında steemit yazarlar çox yazıblar. Bizim evdə balın almağı ilə qurtarmağı bir olur. Uşaqlar bal və qaymağı da bir yerdə yeyirlər. Çox dadlı olur.
Rayonda bal saxlayanlar tək -tük olur. Onu saxlamaq, arıların qeydinə qalmaq çox çətindir. Deyirlər, arı adamı çalanda bütün xəstəlikləri keçib gedir. Çünki, o bir Allahın möcüzəsidir. Hər gün səhər bal yeyin, sağlam qalın.