Hər vaxtınlz xeyir, dostlar.
Bakı-Siyəzən yolunda yerləşən bu ziyarətgahın maraqlı tarixçəsi var. Versiyalar çoxdur. Əfsanəyə görə burda beş qardaş yaşayıb, biri su gətirməyə gedəndə daşa dönüb. Bəziləri deyir, 5qardaş dağa çəkilib yaşayırmışlar. Nə isə. Bu bir əfsanə olub. Dəqiqini Allah bilər. Bura gələnlər həm ziyarətə, həmdə maraqlandıqları üçün gəlirlər. Hündürlükdən dənizi rahatlıqla görürsən. Əvvəllər o hündürlüyə çıxmaq çox çətin olardı. İndi pilləkan qoyublar. Hamı orda qurban kəsib, ehsan verirlər. Hansı tərəfdən ora baxsan 5 barmaq kimi görsəndiyinə görə bura "Beşbarmaq" adı verilmişdir. Bura həmdə
"Xıdır zındə" ( "Allahı tanıyan"deməkdir ) adı ilə tanınır. Allah dualarınızı, ehsanlarınızı qəbul etsin🤲