Hər vaxtınız xeyir , steemit yazarlar.
Sumqayıtın girəcəyindəki bu abidə bizə necə də doğmadır. Hər dəfə burdan keçəndə fikirləşirəm ki, görəsən bunu düzəltməkdə nə yaxşı iş görülüb. "Qağayı"adlanan bu abidə. 1964-cü ildə Süleyman Hacıyev tərəfindən hazırlanmışdır. Bu memarın Sumqayıtın 15 illiyinə hədiyyəsidir. Əvvəllər bunun üstündə Sumqayıt sözü yazılmışdır. Sonra çıxarılıb işıqlarla bəzədildi. Qağayı adı verilməsi isə Sumqayıtın dəniz sahilində olması ilə əlaqələndirilib. Yaşasın mənim həmişə cavan Sumqayıtım.