Həyatda güvənə biləcəyin tək insan özünsən
Həyatda öz ayaqlarının üstündə durmaq istəyirsənsə,tək özünə inanacaqsan.
Həyat surprizlərlə doludur.Biz də səhv edə edə təcrübə qazanıb,daha doğru addımlarla irəliləməyə çalışırıq.İnsan ailəsini özü seçə bilmir.Kimisinin ailəsi ziyalı,kimisinin ailəsi kasıb ola bilir.İnsan ailəsini seçə bilmir lakin,gələcəyini özü seçir zənnimcə.Kasıb doğulmaq sənin seçimin deyil lakin,kasıb qalmaq sənin seçimindir.Bəzi insanlar da var.Ailəsi ziyalı və imkanlı olmasına baxmayaraq özünə yol seçə bilmir.Bunun əksi,kasıb ailələrdə doğulmuş uşaqlar gələcəyi daha çox düşünüb,bu gündən hərəkət edirlər.Onların gələcəkdə “mənim ailəm kasıbdır,bu yolu mən seçməmişəm ki” kimi bəhanələrə ehtiyacı qalmır.Onlar bunun fərqindədir.Bu cümlə onların həyatını xilas etmiyəcəkdi.Ailə gözəldir,sənin ən çətin anlarında yanında olur,səni bacardıqları qədər pis insanlardan qorumağa çalışır.Məncə bunlar bir yerə qədər.Mən düşünürəm ki,valideynlər uşaqlara çox qayğı göstərməməlidirlər.Biraz qəddar olmalıdırlar.Gələcəyə güclü bir övlad yetişdirmək üçün,onları özləri həyata hazır etməlidirlər.Hər şeyin ən yaxşısını onun üçün düşünməməlidirlər,icazə verməlidirlər uşaqlarına səhv etsinlər.İnsan səhv etdikcə düzgün yola çıxır və təcrübələr qazanır.Bu təcrübədən nəticə çıxardıb hər dəfəsində daha möhkəm ayağa qalxır.Ailə bir kənara,heç dosta da güvənməyəsən.Nə qədər tək oldunsa,bir o qədər irəli gedəcəksən.Dost da mənim üçün sonsuz deyil.Hər bir əlaqə,münasibət sonda bitəcək.Buna görə də,irəli getmək istəyirsənsə,güclü olmaq istəyirsənsə,özündən başqa heç kimə güvənməyəsən gərək.
Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!