Happy Novruz🌿

in hive-131355 •  3 years ago  (edited)

Salamlar əziz yazarlar bayramınız mübarək.

E070659F-FC13-4AEE-AEC9-AFA1E1F1F795.jpeg

Uşaqlıqda Novruz ən sevdiyim bayram idi. Çoxlu papaq atardıq, qapı pusardıq hətta balaca olmağımıza baxmayaraq fala belə baxardıq. Yəni bir mənası, marağı varıydı. İndi isə adi günlərdən biridir mənim üçün. Tək sevindirici yanı bu münasibətlə yenə ailəmin yanına gəlmişəm onlarla qeyd edəcəm.

F19FD492-8A82-4824-AD18-47E718FF6F25.jpeg

İşləməyin yaxşı tərəflərindən biri evdə səni cox yormamağa çalışırlar, çoxu zaman hazıra nazir olursan. Məndə də elədi evə gəldiyimdə artıq hər şey hazır idi. Mən sadəcə bütün bu yeməkləri, şirniyyatları yeməyə onlara yardımçı oldum.

D1323432-4BA0-4078-9718-7BA80EB2CC27.jpeg

Bu gün həmçinin xüsusi, dünyanın ən məsum insanlarının günüdür. 21 mart Beynəlxalq Daun Sindromu günüdür. Onlar bir möcüzədirlər və yanında olanlar , onlarla ünsiyyət quran insanlar da çox şanslıdırlar.
Belə əziz steemitçilər hər zaman ailənizlə, yanlarında xoşbəxt olduğunuz insanlarla keçirəcəyiniz sağlam, ruzili yadda qalan bayramlara. Hələlik təkrar yazılarda görüşənə qədər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!