Salamlar əziz steemitçilər necəsiniz?
Hələki bu soyuq, yağışlı günlərimiz qurtarmır. Qış getmək istəmir deyəsən❄️
Bu gün sizə həftə sonumu necə keçirtdiyimi yazacam.
Çox uzun müddətdir ki, rəfiqələrimlə görüşmürdüm. Bəzən vaxt yarada bilmirdim, bəzən də vaxtım olurdu da həvəsim olmurdu. Bu gün nəhayət görüşə bildim. Universitetin mənə qazandırdığı ən əsas insanlardan biriylə. Çoxlu gəzdik, keçmişdən, gələcəkdən danışdıq, şəkillər çəkdirdik. Həqiqətən darıxdığımı hiss elədim.
Günün davamını qardaşımgildə keçirdim. Uzun müddətdir ki, bacımın bal balasını da görmürdüm onu da gördüm günlük şirinlik dozamı aldım və evə qayıtdım.
Dolu dolu, maraqlı bir gün keçirdim hal hazırda mənə qalan bu gözəl günün yorğunluğu oldu amma buna dəyər.
Qısa olsun bu dəfə yormayım sizi, hələlik yeni yazılarda görüşənə qədər🌺