Stress🤯

in hive-131355 •  3 years ago  (edited)

Salamlar Steemit ailəsi necəsiniz? Bu gün sizə bir sual verərək yazıma başlayım.
Stressli olduqda bu haldan necə çıxırsınız?

F19C1C0F-C5D5-4F1F-8E2B-EE0259A849FD.jpeg

Mən bu sualın cavabında çox şey saya bilərəm. Musiqi dinləyərək uzaq məsafə yerimək, sahildə əyləşib dənizə baxmaq, dadlı bir yemək yemək, maraqlı bir kitab oxumaq sevdiyim insanlarla xoş söhbət etmək, film izləmək daha nələr nələr.

60825C8A-F255-4BD6-85DB-D94C3383C6FC.jpeg

Bu vəsilə ilə bir neçə gün bundan əvvəl baxdığım bir Azərbaycan filmini də sizinlə paylaşım.
Filmin adi Sevgi romanıdır. Baş rolda Oksana Rəsulova oynayır. Bizim gənc aktyor heyətinin potensialını nəzərə alsaq bu film normaldır.

76DBEB07-4F1A-4EB8-BE22-85F7D98FE94C.jpeg

link

Film varlı bir qadının uğursuz evliliyindən, həyatında etdiyi səhvlərdən, ancaq bu səhvlərə baxmayaraq yanında qalıb ona dəstək verən insanlardan bəhs edir. Baxarkən filmin sonluğunu mən öngörə bilməmişdim. Bəxt üzüyündə Söylünün də dediyi kimi başlığı ağlamalı sonu hırıldamalı😄.
Böyük gözləntidə olmadan baxsanız məncə siz də bəyənəcəksiniz.
Hələlik əziz Steemitçilər sonrakı yazılarda görüşənə qədər.🌸

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Məndə həmin anda kimsə ya zəng edirsə ya da mesaj yazırsa bütün stressimi, əsəbimi tökürəm o qaragünün üstünə. Böyük dərddir.

Dogrdan böyük dərdmiş) məncə siz əsəbləşməyin😊

Aleykum Salam. Kobud anlaşılmasın stress, əsəb, problem və fikirləri əvvəllər qruşadan çıxardım. Nəyisə qırıb, sındırmaqdansa bu daha yaxşıdır. İndi isə çətin də olsa bacardığım qədər özümü sıxıb saxlayıram. Bəzən dini mahnılara, moizələrə, baxıb dinləməklə, bəzən də motivasiya verəcək musiqi video (hərdən hardrock), ən çox vaxt dostumla görüşüb fikirlərimi bölüşməklə sakitlik tapıram. Bir sözlə vəziyyətdən asılı olaraq dəyişir. Filmə baxmağa dəyər. Bir şeyi də nəzərinizə çatdırım bir çox filmlərdə(Azərbaycan, türk, rus və s.) ssenari, süjet xətti eynidir sadəcə aktyor və aktrisalar dəyişir. Hərdən bunlara baxdıqca öz-özümə deyirəm: Bu filmdən hətta mən də çəkə bilərəm😂 Artıq əzbərləmiş kimiyəm. Sevgi mövzusunda çəkilən film necə başlayır sonluq nə ilə bitəcək yada hansı hadisədən sonra nə baş verəcək...😉

Mənim isə çox pis bir vərdişim var. Stresli olanda dırnaqlarımı yeyirəm. Və bu səkildə rahatlayıram. 🙄

Sağlığınıza ziyandı xanım qız uzaqlaşın o vərdişdən🙁

Cizgi filmlərdə olduğu kimi😂😂