Tarixin donduğu anlar❤️‍🩹

in hive-131355 •  3 years ago 

Salamlar əziz steemitçilər, çoxdandır ki yazmırdım necəsiniz?
Bu gün uzun və qəmgin bir mövzuya toxunacam.

657DB2DB-CF7C-48E1-B5DB-CA86CE3C4717.jpeg
Bu gün bizim üçün, xalqımız üçün ağır bir gündü. Heç vaxt sağalmayacaq olan yaranın yarandığı gündü. Bilirəm ki, min il keçsə də bu gün hər zaman belə ağrılı keçəcək..
Keçmiş tarixdən bu günə qədər bu torpaqlar mənimdi deyib müharibə aparan “insanlara” görə günahsız canlar amansızca qətlə yetirilir.
Hər zaman olduğu kimi maraqlar savaşır ölənlər isə məsumlar olur.

6687A090-B965-4B88-8F3F-3A1F7CC94DCD.jpeg
link
30 il əvvəl Xocalıda nələr yaşanıb. Sosial şəbəkə yox, telefon yox səslərini heç kimsəyə çatdıra bilməyib vəhşicəsinə öldürülüblər. Sözün əsl mənasında vəhşicəsinə, insanlığa sığmayacaq şəkildə. Amma çatdırsaydılar da bir fərqi olmayacağını indi görürəm. 21 ci əsr sosial medianın bu qədər güclü olduğu bir dövrdə dünyanın gözü qarşısında Ukraynanı məhv edirlər bütün dövlətlər də buna göz yumur. Bəs onda biz Xocalıya ədaləti bu dövlətlərdən, bu dünyadan istəyirik? Yəni 30 il keçməsinə baxmayaraq dünya əvvəl necə idisə indi də elədi. Ədalətsiz.

CBD494F3-20CD-450A-938C-87A4E6E687A0.jpeg
Son dövrlərdə xəbər saytlarından ancaq ölüm xəbərləri oxuyuram yəni insanlar necə tamah uğruna bir ailəni həyatdan silə bilərlər, necə bu həddə gəlib çıxarlar. Bu torpaq keçmişdə mənim torpağım olub deyib öz millətinin üstünə bomba atıb onları öldürmək axı nə deməkdi
Tək bizim dövlətimiz deyil dünyanın ağılsız bir çox ölkəsində vəziyyət budu və çox acınacaqlıdı.
Pianist filmindən bir cümlə ilə yazımı yekunlaşdırım. Müharibənin necə bir şey olduğunu izləyiciyə çatdıran təsiredici bir filmdi mütləq izləyin.

AAA16FE2-4883-4B16-B040-1080320B0189.jpeg
link
Hec kəs günahsız insanların ölümünə haqq verə bilməz.
Yeni yazılarda görüşənə qədər əziz yazarlar hələlik🦋

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Çox geşəy şəkildi axı, Kahr olsun) Əllərinizə sağlıq, Allahda şəhidləri rəhmət etsin..

Çox sagolun. Amin

Tam içimdən keçənləri yazmısınız. ALLAH rəhmət etsin. 💔

Çox sagolun