Telebelik👩‍🎓🌸

in hive-131355 •  3 years ago  (edited)

Salamlar Steemit Azerbaijan ailesi. Necesiniz?
Bu gün size çox darıxdığım telebelik xatirelerimden danışacam.
İstediyim ixtisasa daxil olmadığım üçün universitete isteksiz getmişdim, qrup uşaqlarına da belke de bunun üçün önyarğılı yanaşmışdım(heç birirsini sevmemişdim☺️). Ancaq tanıdıqca ilk onları daha sonra da ixtisasımı sevmeye başladım.
Tibb Universitetini ilk vaxtlar gözümde çox böyütmüşdüm. Amma ele deyilmiş (her şey kimi) müellimlerle xoş ünsiyyet qurmaq, dost olmaq, hetta dersi daha maraqlı hallara salmaq bele olurmuş ki, biz bunu tez tez edirdik.
Bakalavr vaxtlarım xatirelerimde çox gezdiyim,eylendiyim, yeni maraqları olan birine çevrildiyim, en esası da mene eziz ve daimi dostlar qazandıran dövrdür.

IMG-20211213-WA0002.jpg
Alınmayan ve çox güldüyüm şekilimiz

Magistr heyatım ise korona dövrüne düşdüyü üçün daha sakit, qismen maraqsız, böyüdüyümü, mesuliyyetlerimin artdığını hiss etdiyim ve ilk işime başladığım anları ehate edir.

IMG-20211213-WA0003.jpg

Ümumilikde çox şadam oxuduğum universitete, tanıdığım insanlara,qazandığım dostluqlara. Her biri heyatımda bir tecrübe,bir xatire oldu.
Telebelere özel olaraq deyerdim ki, telebelik bütün vaxtını kitablara ayırmaq, her zaman ders oxumaq deyil. Çalışın fürsetlerden istifade edin, elave maraqlarınız, meşğuliyyetleriniz olsun. Her anınızın deyerini bilin, dolu-dolu yaşayın, hayatınızda olan heç bir dövrün tez qurtarmağını istemeyin, bunun üçün çalışmayın, çünkü zaman keçdikce pis dediyiniz anlar üçün bele darıxacaqsınız.
Bele Steemit Azerbaijan ailesi ümid ediremki oxuyanda sıxılmayacaqsınız🦋
Heleki burda yekunlaşaq, yeni yazılarda görüşene qeder.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Maraqlı postdur:) Tələbə olaraq deyə bilərəm ki, hər an belə yadda qalır və pis-yaxşı insan düşündükcə darıxır.

Elədi) çox sagolun🌸

Ən çox darıxacağım və əvəz olunmayacağım 4 ilimdi🌸❤Əllərivə sağlıq xanım qız❤

Çox sagolun gözəl qız💜