Yaş irəlilədikcə fərq etdiklərimiz🌚

in hive-131355 •  3 years ago  (edited)

Axşamınız xeyir Steemit ailəsi necəsiniz?
Bu gün sizə uzun bir post yazmaq istəyirəm böyüdükcə fərqində olduqlarımızla bağlı.
Həyatda hər zaman təksən. Yeridiyin yol ancaq sənindir. Yola daxil olanlar, bu yoldan çıxanlar, problem yaradanlar olur. Amma hamısı keçib gedir. Yolda ancaq sən qalırsan sevincinlə, kədərinlə, gülüşlərinlə, göz yaşlarınla təkcə sən.

BCFE5912-0278-4CEF-A3EA-79B2B526DCFF.jpeg

Yaş irəlikədikcə anlayırsan ki, heç bir gözləntiləri olmadan, səni sən olduğun üçün sevən insanlar ancaq ailəndir. Heç kəsin sevgisi onların sevgisini üstələyə bilmir.

93F1953A-7CBF-42F9-BBC8-6BF669A11CFC.jpeg

Olğunlaşmanın yaşadığın həyatla bağlı olduğunu, insanların yaxşı və ya pis olmadığını, prioritetlərinin dəyişdiyini görürük.
Əvvəlki kimi bağışlayıcı olmuruq, hər şeyə görə özümüzü üzmürük, gülüb keçirik.
Xoşbəxtliyi axtarmırıq, çünkü bunu özümüz yarada bildiyimiz bir şey olduğunu bilirik, mübarizə gücümüzün artdığını görürük.
Uşaqkən zaman daha yavaş gedirmiş kimi gəlirdi, ancaq o özümüzə ayırdığımız zamanın bolluğuymuş. Əslində zamanın çox sürətli axdığını, az danışıb çox dinləməyi, lazım olandan çox dəyər verməməyi, hörmətin əslində sevgidən daha dəyərli olduğu reallığı ilə qarşılaşırıq. İz buraxsa da hər şeyin keçib getdiyini görürük.

1BC9F0D5-2250-468C-9F06-5650B101B53A.jpeg

Bununla da anlayırıq ki, heç kim və heçnə üçün həyatımızı korlamamalıyıq. Özümüzə dəyər verməli onun üçün yaşamalıyıq.🦋
Hələlik Steemit ailəsi yenidən görüşənə qədər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Cox düşundurucu bir post idi. Çox sağolun.Böyüdükcə yalnız və yalnız ailənim dəyərini daha çox anlayırsan. O ki qaldı zamana 18 yaşına kimi zaman yavaş axır 18 dən sonra zamanaı saxlamaq olmur.♥️

Elədi çalışaq hər anımızın dəyərini bilək❤️

"İz buraxsa da hər şeyin keçib getdiyini görürük"- çox düzgün ifadə etmisiniz, elədir, məncə də👌🏻
Gözəl post idi, qələminizə sağlıq☺️

Çox sagolun 🌺