Artıq günlərdir ki, kriptovalyuta bazarı qan ağlayır. Bitcoinin 69 minlərdən aşağı, ta 54 minlərə gəlməsi bütün bazarı vurub biri-birinə. Bu cür şişən bazarda, belə korreksiyalar təbii ki, normal haldır. Bizi sıxan isə girdiyimiz və çıxa bilmədiyimiz yanlış əməliyyatlardır.
Aşağıda bu əməliyyatlardan birini görürsünüz. Artıq 10 günə yaxındır ki, bu əməliyyatdan çıxa bilmirik. Səbəb bir az vaxtında yerində olmamaq və təbii ki, bazarın bu qədər düşüşlər yaşamasıdır.
İki gün öncə, hə deyəsən, bitcoin düzəliş edir kimi ehtimallar düşünürdüm ki, 59 minlərə qalxan qiymət birdən 54 minlərə, yəni hətta bir öncəki düşüşdən belə daha aşağıya doğru düşüş yaşadı. Həmin vaxt yuxuda olduğum üçün girdiyim əməliyyatdan çıxma şansımı qaçırdım.
Baxın yuxarıda gördüyünüz İCP, yəni İnternet Computer adlanan koinin qrafikidir. Bir az da yuxarıdakı Bitcoinin qrafiki ilə müqayisə etsəniz, görərsiz ki, tam da bitcoinin qiymətinə uyğun olaraq hərəkətlər edir.
Bitcoin 59 minlərdə son düşüşü etmədən öncə icp-də karda idim, belə ki, 45.90 dollarlara qədər qalxmışdı. Həmin vaxt gecə olduğu üçün, və mən də bağlanış orderi atmadığım üçün bu koindən canımı qurtarma şansımı itirdim.
Aşağıda gördüyünüz isə əməliyyatımın vəziyyətidir. Görünən o ki xeyli ziyandayam. Kara keçməyimin tək yolu icp-nin qiymətinin 43.50 dollarları keçib, yuxarı getməsidir. Bitcoində yaşanacaq ani bir artışda bunun baş vermə ehtimalı çox yüksəkdir. Məsələ odur ki, bitcoin heç yaxşı vəziyyətdə deyil.
Bu əməliyyatın necə bitməsi ilə bağlı postu da yaxın zamanda paylaşacağam. Ümid edirəm, həmin vaxt nə qədər kar tutduğumu danışaram, ziyanla bağlamaram.
Oxuduğunuz üçün hər birinizə təşəkkürlər və bol qazanclar! :
Məlumat üçün təşəkkür edirəm.
Ümumiyyətlə, uzun müddətli investisiya üçün hansı coinləri almaq kar gətirər?
Bir də btc nin bu cür düşüşü zamanı steemləri satmağımız zərər olar, ya karlı?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
İlk sualınıza gəlsək, investisiya üçün hansısa coin məsləhəti verməmişik heç vaxt. Sadəcə belə bir məsləhət verə bilərik ki, metaverse və nft koinləri bu aralar daha məşhurdur, araşdıra bilərsiz.
İkinci sualınıza gəlsək isə, Bitcoin-də olan qiymət dəyişiklikləri əvvəllər Steem-ə təsir edirdi, lakin son zamanlar ssenari dəyişib, artıq bitcoin düşsə belə, steem yüksəlişdədir. Qısacası, tam olaraq tutmaq olmur necə təsir edəcəyini.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bu cavab Kamranın tərzidir)
Təşəkkürlər)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit