Marjin ticarəti, günlük əməliyyatlar. || CRYPTONEWS || 16.09.2021

in hive-131355 •  3 years ago 

Salam, əziz kriptosevərlər.

Deməli, Steemit Azerbaijan üçün bu gündən bir test çalışmasına başlayıram. Binance birjasında marjin ticarəti edərək, həm öyrənmək, həm də əldə olunmuş təcrübələri burada sizinlə bölüşəcəyəm. İmkan edib bu profildə güncəl olaraq hər gün nə etdiyimi, ziyan və kar əldə etdiyimi paylaşacam. "Marjin ticarəti nədir?" deyə soruşsan, gedin Youtubedən axtarın, məni dağa-daşa salmayın. Bu etdəcəyim sadəcə bir test projedir və əldə olunacaq gəlirlər Steemit Azerbaijan platformasının böyüməsinə sərf olunacaqdır.

Açdığım işləmləri gün ərzində postun şərh hissəsində paylaşacam. Günün yekunun ziyan və ya kar ilə çıxdığımı öyrənmiş olacaqsınız. Bu etdiklərimi heç bir halda təkrarlamağa çalışmayın, marjin evinizi yandırar.

Smart Token Shablon Crypto News.png

Gördüyünüz kimi marjində işləm açmaq üçün simvolik olaraq 700 dollarlıq kripto ilə daxil olmuşam. Və ADA(Cardano) adlı kriptonun USDT qarşılığı ilə işləm açacam.

image.png

Ekran görüntüsündən də aydın olur ki, ADA coini 20x ilə "long" etdim, yəni alış əmri girdim. Mənim təxmin etdiyim qiymətdən qalxışa doğru getdi və bir hədəfdə bu işləmi tamamladım. Beləliklə qısa bir əməliyyatda 17 dollar profitlə ADA/USDT qarşılığını bağlamış oldum.

image.png

Axşam saatlarına qədər şans düşən müxtəlif əməliyyatlar açacam və şərhlərdə paylaşcam, bizi izləyin, bizimlə qalın. Əziz kriptosevərlər.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Çox gözəl layihədi. Ümid edirəm heç vaxt liq olmassan. Stoplu davam et. Hər şey yaxşı olacaq

Ümid edirəm, hər şey yaxşı olacaq. Təşəkkürlər.

DGB/USDT long etdim və 8 dollar kar əldə etmiş oldum.
image.png

Maşallah xırda xırda günə 30-40 dollar