İzlədiyiniz və sizə ən çox təsir edən film hansı olub?

in hive-131355 •  3 years ago 

İzlədiyiniz və sizə ən çox təsir edən film, və ya filmlər hansı olub?

Bax niyə biz də bu filmi izləməliyik? Filmi izləmək bizə nə qatacaq?

Filmlər həyatımızda böyük rol oynayır. Hətta bir film insanın həyatında böyük dəyişikliklər etməsinə səbəb ola bilər. Sizin film önəriləriniz, çox maraqlıdır. Yazın görək. :)

steemit azerbaijan form az.png
Link to Photos

Facebook səhifəsi
Steemit Azerbaijan Community
Telegram group
Steemit Azerbaijan Community
Discord kanalı
Azerbaijan Steemit
Steemit Azərbaycan 3 (3).png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

@tipu curate

Menyuda Bir çox filmlər var..Amma Xarici filmlərdən ən çox xoşladığım mənalı olan Al Paçinonun çəkildiyi "Qadın Ətri" filmidir.

Bu filmə məqam edib baxa bilmirəm ki, bilmirəm. Şah əsər olduğu deyilir. Çox sağ ol, əlavə etdim listimə :)

İNŞƏƏALLAH vaxt edib baxarsan..Boyka, Lucy, 21, Daşıyıcı, Geriyə yol yoxdur və s.

He pis kino deyil o))

XalamOğlu egib deyil? Mən pis kinoya baxaram? Baxsam da başqalarının (yad mənasında demirəm..ümumilikdə başqaları deyirəm) baxmasını heç məsləhət görmürəm..Şedevrdi

Son izlədiyim filmlərdən "Revolver","Mirnıy voin"(azərbaycan dilində tərcüməsini bilmirəm), "21" yadıma sala bilsəm daha çox yazaram. Amma bu filmlər beyin yandıran tipindədir. Hə biri də var "İnseption" .Ola bilər filmin adını səhv yazım. Leanardi Di Kaprionun filmidir. Noland çəkib. Nolandın şah əsəri hesab olunur bu film. Və qəhrəmanın aqibəti barədə heç rejissor özü də dəqiq heç nə bilmir.

Çox maraqlı müzakirə olacağını düşnürəm. Mənim film sandığımda o qədər film var ki. Hərdən olur ki, bir rejissorun təsirinə düşürəm. Onun bütün filmlərini izləməyə çalışıram.
"The Pianist"
Türk filmlərindən "Kapı", "İftarlık qazoz", "Babam ve oğlum", "Ahlet ağacı"
Xarici ölkə filmlərindən o qədər geniş siyahım var ki. Hələ dizilərim var. "Dark", "The 100"
Hansı birini yazım? Beyin yandıran filmlər. "Tenet"- bax öl)))

"Pianist" və "Əhlət Ağacı". Bunları izləməliyəm, neçə vaxtdır, qalıb)) "Tenet"i isə ilk dəfədir, eşidirəm

"Tenet" eyni anda keçmişə, gələcəyə getmək və özünə ayar verməklə hadisələri dəyişmək. Sonda deyəcəksən bu nə idi?)))

Zaman mövzusu mənim yaralı yerimdi))

men turk filmlerine çox ustunluk verirem mafia filmleri.misal olarag çukur, poyraz,kirmizi kamyon.asma tavan

Daha çox serial yəni. Çox məşhurdur bu seriallar, o dərəcə ki, mən serial sevməsəm belə, hamısının haqqında az-çox bilirəm :)

Həri MAFİYOZ OĞLAN )))

:):):)

Başqa nə deyə bilərdim?)))