Ən sevdiyiniz Film haqqında yazı yazın və mükafat qazanın! || Contest

in hive-131355 •  3 years ago 

Salamlar, Steemit Azərbaycan yazarları. Bu gün yeni formatda bir yarışla qarşınızdayıq. Ən çox sevdiyiniz Film haqqında yazı yazın və Steem Mükafatları qazanın! :)

steemit formaz (7).png

Link to Photos

Yarışa qatılmaq üçün nə etməliyəm?

Yarışa qatılmaq üçün ən sevdiyiniz film haqqında bir ədəd post yazmalısınız. Təbii ki, bu postu iki cümləlik bir post olmalı deyil. Mükafat qazanmaq üçün yazacağınız post aşağıdakı tələbləri qarşılamalıdır:

  1. Post minimum 200 sözdən ibarət olmalıdır
  2. Postun tağlar bölməsində bu yarışa özəl olsun deyə, mütləq #contestaz tağı əlavə olunmalıdır
  3. Həmçinin postun tağlar bölməsində topluluğa özəl olan #steemexclusive, #steemitazerbaijan, #az tağları əlavə olunmalıdır
  4. Posta əlavə edəcəyiniz şəkillər, və ya videolara müəllif hüquqlarından qorunmaq üçün link əlavə etməlisiniz
  5. Posta minimum 2 ədəd foto əlavə etməlisiniz

Qaliblərə hansı mükafatlar veriləcək?

Bu postun müddəti bitənə qədər, yəni növbəti həftənin bu gününə qədər yazılan bütün postlar yarışa qəbul ediləcək. 3 ədəd ən yaxşı post qalib seçiləcək.

Qaliblər aşağıdakı mükafatları qazanacaq:

  • Birinci yeri tutan postun sahibinə 15 STEEM
  • İkinci yeri tutan postun sahibinə 10 STEEM
  • Üçüncü yeri tutan postun sahibinə isə 5 STEEM mükafat veriləcək

Hər birinizə bolluca uğurlar, dostlar. Haqq edən, ən yaxşı postları yazanlar qazansın! :)

And finally, many thanks to the Steemit Team , especially @steemcurator01 and @steemitblog, for their support in all these endeavours! :)

Facebook səhifəsi
Steemit Azerbaijan Community
Telegram group
Steemit Azerbaijan Community
Discord kanalı
Azerbaijan Steemit
Steemit Azərbaycan 3 (3).png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Gözəl proyekt.. İNŞƏƏALLAH Biz də postlarımızla buna rəngarənglik qatarıq)

Mütləq. Səndən çox yaxşı post gözləyirəm, Orxan. Yazarlıq bacarıqlarını işə sal. Mən də yazacam bir post ;)

Sənə meydan oxuyuram :)

Siz kimə meydan oxuyursunuz, lannn?))

@nurengizbagirova , müəllim, özəlliklə sizə də meydan oxuyuram)) Keçən dəfəki video paylaşmaq söhbətindən bu yana yığıram)))

Yazın, bacarıqlarınızı göstərin görək

Bu meydan, bu şeytan. Getdik eee))

@nurengizbagirova, müəllim, gələn həftənin bu gününə qədər vaxt var.

Ciddi deyirəm, seçəcəyiniz filmi çox maraqla gözləyirəm. Sağlam rəqabət olsun :)

Mən ən yaxşı postu yazacam. İndidən işinizi bilin))

Mən elə söz demədim...)

MƏNƏ DegilL AXI..AY MİLLƏT, AY QARDAŞ BU MƏNƏDÜ?)

@orxan-m-50, bro, ciddən istərdim ki, gözəl yazı yazasan. Keçən dəfə formdan gördüyüm qədəriylə çox yaxşı film zövqün var.

O filmlərdən birini seç, yaxşı bir yazı hazırla. Mən sağlam rəqabət olmasını istəyirəm :) Mən lovğalıq etdiyimi qəbul edirəm, amma yaxşı yazı yazacağıma da əminəm ;)

Lap gözəl Bratik. Bu dəfə bir neçə film haqqında yazmaq istərdim. O haqda çox düşünürəm..Bəzi məlumatların axtarışlarına da başlamışam. Lovğalıq deyil. Sadəcə qarşı tərəfə motivasiya və stimuldur😉😎

Əla. Getdik o zaman. 1 həftə vaxt var. Uğur olsun ;)

Bahəm. Müqəddəs İsa köməyin olsun AMİN🤲