Salam, dəyərli Steemit Azərbaycan üzvləri. 9 gün öncə elan etdiyimiz Steemit Student Təqüd Proqramı ilə bağlı ilk hesabat postunu oxuyursunuz. Əgər Təqaüd Proqramı haqqında heç bir məlumatınız yoxdursa, aşağıdakı posta gedib proqramla ərtaflı tanış ola bilərsiniz:
Steemit Student Təqaüd Proqramını açıq elan edirik || Announcement
Artıq ilk həftəni uğurla geridə qoymuşuq və Steemit Student Təqaüd Proqrama qoşulan tələbələrin sayı günü-gündən artmaqda davam edir. Qoşulan və əziyyət çəkib füsunkar postlar paylaşan bütün tələbələrə təşəkkürümüzü bildiririk. Sayənizdə topluluğumuz canlandı. Var olun!
Proqramı elan etdiyimiz son 9 gündə, demək olar ki, hər gün bir yeni tələbə sıralarımıza qoşuldu. Proqrama qoşulan tələbə sayı hazırda 7 nəfərdir, hədəfimiz ay sonuna qədər minimum 20 tələbəni bu proqrama qoşmaqdır.
Qoşulan bu 7 nəfər tələbəni ilk postlarından bu yana müntəzəm izləyir, postlarının bütün qaydalara uyğun olmasından əmin olmağa çalışırıq. Hələ ki heç bir problem yaşamamışıq.
Tələbələrin siyahısı və təqaüdü əladə edəcəkləri tarix aşağıdakı cədvəldə göstərilib:
Dəyərli tələbələr - @gulaybagirzade, @aybenizmemmedova, @rnhsynl, @zodiacx, @gulshanbayram, @feedanslife, @maryaghazade, hər birinizə paylaşdığınız gösəl postlara görə təşəkkür edirik! :)
Müəyyən Məsələlər:
Dəyərli tələbələr, müşahidə etidyimiz qədəriylə bəziləriniz şəkil tapmaqda çətinlik çəkir. Bu problemi aradan qaldırmaq üçün yaxın günlərdə internetdən şəkil götürmək məsələsini müzakirə edəcəyik. Bu sizin aktivliyinizi və rahatlığınızı çox artıracaq.
İkinci olaraq, sizin rahatlığınız üçün Steemit Student adlanan Teleqram Kanalı açmışıq. Hansı ki bu kanalda bütün suallarınızın cavabını tapa, həmçinin yeni şeylər öyrənə bilərsiniz. Xahiş edirik, nə sualınız olsa, bu kanal üzərindən verin ki, digər tələbələr də faydalanmış olsun.
Üçüncü olaraq, sizlərdən bir sitəyimiz var. Baxmayaraq ki, biz sizlərin bütün postlarınızı yoxlayırıq, zəhmət olmasa, post paylaşdıqdan sonra postunuzun linkini Tələbələr üçün olan Teleqram Kanalımıza göndərin.
Son olaraq, əgər tanıdığınız, yaxşı yazı qabiliyyəti və intellektual tələbələr varsa, xahiş edirik, bu proqrama dəvət edin. Birilərinin inkişafına kömək olacağıqsa, nə xoş bizə!
Bir daha hər birinizə təşəkkür edir, istər Steemitdəki, istərsə də Universitetdəki fəaliyyətlərinizdə uğurlar arzu edirik!
Topluluğun Facebook səhifəsi
Steemit Azerbaijan Community
Topluluğun Teleqram Qrupu
Steemit Azerbaijan
Topluluğun Discord kanalı
Steemit Azerbaijan
Tələbələr üçün Teleqram Qrupu
Steemit Student
Bütün tələbələrimizə bol-bol qazanc və uğur arzu edirəm! 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Xeyirli olsun 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bizlər üçün belə bir fürsət yaratdığınız mən də təşəkkür edirəm🙏🏻☺️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
good luck everyone, future dream student, so develop fast
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit