Yadplanetliler varmı? || Form

in hive-131355 •  3 years ago  (edited)

Yadplanetlilerin var olduğuna inanırsınızmı?

Onların mövcud olduğuyla bağlı ətrafınızdan nə kimi hekayələr eşitmisiniz?

Oxuduğunuz, rastlaşdığınız maraqlı teoriyaları, fikirləri və paradoksları tökün bu forma, müzakirə edək! :)

pexels-miriam-espacio-365625.jpg

Facebook səhifəsi
Steemit Azerbaijan Community
Telegram group
Steemit Azerbaijan Community
Discord kanalı
Azerbaijan Steemit
Steemit Azərbaycan 3 (3).png

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Maraqlı hekayələr çoxdur, o qədər bu mövzuda söhbətlər eşitmişik ki. Amma real sübut olmayıb səhv etmirəmsə. Ancaq fərziyələr var. Düşünürəm ki, biz varlıq olaraq tək deyilik, hardasa yaşayış olan planetlər var, orda canlılar var, nə vaxtsa gediş gəliş olacaq. Bəlkə də gəlib üstən bizə baxıb gedirlər. Bizim ömür vəfa etməz bəlkə də buna amma nəsə olacaq, yüz faiz, biz görməsək də. Planetlər arası müharibələr də ola bilər. Resurslar bitdikdə.

Bu qədər də boşluq olmamalıdır axı. Mən var olduqlarına inansam da, onları tapma məsələsi bir az qəliz görünür, məsafələr dəhşətdir.

Görək də, bu il NASA James Web teleskopunu kosmosa göndərməlidir. İddia edilir ki, bu teleskopla bu vaxta qədər görə bildiklərimizdən 20 qat daha çox yeni şeylər görəcik. 2016-dan fırladırlar, problem çıxır hər dəfə.

Deyirəm, usta, bir dənə Yadplanetli tutub xəbəri Steemitdə şəkillərlə paylaşırsan))) Qırğın da, topluluq partdadar e ;)

Bizdəki bu bəxt var, gecə gəlib boğazımıza nəsə dirəyib steemit parollarını istəyəcək. Qoy oturmuşuq.

Hahaahahah Sənin parollarını tapmaq qədər rahat şey yoxdur onsuz)

Hamı bilir e uje)))

😂😂😂

—"Əgər o əjdahadan xaricdə varsa,bəs onda o əjdahadan niyə bizdə yoxdu"?
-Sənə əjdaha lazımdı?))

Maraqldır da, biz təkik ya yox, bu sonsuz qalaktikada.

Paralel dünya və orda yaşayış olduğunu İslam dini doğrulayır.bunu elm də təsdiq edir,amma bizdən yuxarıdakı hər hansı bir planetdə yaşayış olub olmadığını nə inkar edə nədə təsdiq edəcək dəqiq bir fikir yoxdu.Təbii ki Bilən var,ama biz bilmirik

Mən varlıqlarına inanıram. Hətta düşünürəm ki,onların da arasında eyni sualları verənlər var :dd

Bizlər də onlar üçün yadıq)) Elə bilirlər, izləyirik onları

Bəzən düşünürəm ki, bizi bura təcrübə üçün atıblar, yuxarıdan baxırlar. Nəsə adam o mövzuda düşünəndə dəli olur.

Təsəvvür elə, birin tutursan, sən dediklərini təsdiqləyir))) Sən də qayıdırsan ki, Ə məzələnirsən mənnən?)) O məqamda səni görəm

Kamran, bəzən düşünürəm ki, aramızda var, burdan xəbər zad toplayır, yuxarılara ötürürlər. Dünyanın bütün sirrləri çözülmədən ölmək istəmirəm.

Yadplanetlilər olsa da, bəzi hayırsızları çəkib aparıb getsə də!

Ad çək, link ver e, yoxsa söz soxmaq lazım deyil.

Uşaq vaxtı bu yadplanetli söhbətinə çox inanırdım.Hətta bizi onlarla da qorxudurdular.Amma yerdən başqa digər bir planetdə həyatın olmasına hardasa inanıram.