Arılar təbiətcə dincdirlər. Birinci arı hücum etmir, ancaq müdafiədə - sancır. Sancdıqdan sonra öldüyünə dair bir fikir var. Bu düzdür ya yox?
Bu suala cavab tapmaq üçün qurd-quş elmləri ilə yaxından maraqlanan dostum Aydana müraciət etdim o da mənə elə gəlir məntiqli cavab verdi. Postu görürsə buradan ona salam göndərirəm.
Aydanın cavabı: “Əslində sancan arı həmişə ölmür. Bu yalnız elastik dərisi olan bir canlıya hücum edərsə olur. Fakt budur ki, bal arılarında, yabam arılardan fərqli olaraq, sancağın ucu mişar kimidir. Buna görə də arı iynəsini qurbanın elastik dərisinə sancıbsa, orada ilişib qalar. Özünü azad etməyə çalışan arı, daxili orqanların bir hissəsini orada qoyacaq. Bu qədər ciddi ziyan arının ölümünə səbəb olur. Və ya əksinə, elastik olmayan səthləri sancan arı, öz iynəsini iradan rahat çıxarıb sağ-salamat oradan uzaqlaşacaq."