Gündəlik hisslərimiz

in hive-131355 •  3 years ago 

Həyatda hər an sıxıntıyla qarşılaşdığımızı bilirik. "Mən sıxıntısız və stressiz həyat yaşayıram" deyən biri yoxdu, var desəniz də inanmaram. Çox xoşbəxt olub, az stress çəkmək də bizə bağlıdır əslində. Bəlli, çoxu zaman heç nə yolunda getmir, canımız yanır, pis oluruq. Amma isyan etməyi buraxıb, özümüzü təsəlli edə bilməliyik. Bunun üçün özümüzü xoşbəxt edən şeylərdən danışaq. Mən çölə çıxıb hava aldıqda yaxşı oluram, o gün çölə çıxa bilmirəmsə evdə bir şeylər edirəm, məsələn şirniyyat bişirmək mənə çox yaxşı gəlir. Günə nə qədər pozitiv başlasam da, heç nə olmadığı an bəzən içim də nəsə sıxır məni, narahatlıq hissi, ağlasam da keçsə dediyim o hiss. Bəlkə, bu hissi çoxumuz yaşayırıq. Ona görə sizə də, sizi xoşbəxt edən şeyləri tapıb, onları etməyinizi tövsiyə edirəm. Xoşbəxtlik olduğumuz yerdə gözlədiyimiz zaman deyil, biz onun arxasınca getdiyimiz zaman bizə gəlir. İndi bir yerdə ilk addımı atağ və gülümsəyək. Baxın xoşbəxtliyə bir addım daha yaxınlaşdıq. ✨
IMG_20211106_173914.jpg

IMG_20211106_171444.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

"Həyat bir gündür, o da bu gündür" bəzən bu düşüncədə yaşamaq lazımdır. Sən bir plan qurarsan, həyat sənə min plan qurar. Vecsizlikdən söz açmıram, haşa. Amma bəzən anı yaşamaq daha gözəl olur, həyat sıxıcı olmur. Bir dəfə yaşayacayıq bu həyatı, o dünya varsa da orda yenidən dirilib yaşama etimalı heç 1 faiz də deyil.

eynən, 🤝