Mənim düşüncəmlə həyatda hər şey qarşılıqlıdı. Yəni həyat bizə istədiyimizi versin deyə, bizdə ona zamanımızı veririk. Məsələn universitetə qəbul olmaq üçün bizdən zaman, yuxusuz gecələr, əziyyət və səbr istəyir.
Hər kəs səndən bir şeylər istəyib, gözləyər. Başqalarıyla müqayisə edilərsən. "O bunu etdi, amma sən edə bilmədin". Zatən biz bunları həmişə yaşayacıyıq. Buna görə ətrafımdakı mənfi səsləri eşitməyib, özümü dinləyirəm. İnsanlara yox, özümə inanıram. Sizdə eynisilə ətraf səsləri susdurub, içinizdəki səsi dinləyin. Gələcəyə aid daim planlarınız olsun.
İndi isə sizə universitet həyatımdan danışım. İlk postumda da, birinci kursda dərslərə pandemiya səbəbindən online qoşulduğumuzu qeyd eləmişdim. Bu da təbii ki, dərslərdə zəifləməyimin səbəbi oldu. Hər bir tələbə kimi semestr axırı özümə söz verirdim, aha bu imtahan zəif oldu, gələn imtahana daha yaxşı hazırlaşacam deyə. Amma təəssüf ki, həvəsim günü gündən düşürdü. İndi isə dərslərə əyani davam edirik. Onu deyim ki, belə çox maraqlıdı. Kənardan gözümü qorxudan o düsturlar, reaksiyalar, misallar.. dərsə diqqətlə qulaq asdıqda böyüdüləcək qədər çətin olmadığını gördüm. Laboratoriya işi görürük, uşaqlarla kitabxanaya gedib birlikdə dərs edirik. Birlikdə dərs etdikdə həm daha əyləncəli, həm də daha rahat olur. İmtahan həftəsi olduğu üçün bunu daha çox edirik. Kimisinin riyaziyyatı yaxşıdı, kimisinin xarici dili ortaq bir araya gəlib öyrənmək daha əlverişlidir. Hə birdə müəllimlərimizi də belə daha yaxşı tanımış olduq. Təbii ki, çətin müəllimlərlə birlikdə bizi anlayan, başa düşən üstümüzə çox getməyən müəllimlərimizdə var. Görək imtahan nəticələrimiz necə olacaq? Hər birimizə uğurlar diləyirəm. Gələn postlarımda görüşənədək! 🧡
imtahanlar :/ məncə misallar yaxındn daha da qorxuncdu sksks
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
sən ona bidə Mirzağa gözüylə bak dkdkdk
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
ADNSU da oxuyan biri olaraq deyə bilərəm ki,bu dörd il ərzində cəmi 2 ildə yaxşı nəticələr əldə etmişəm, çətin müəllimlərlə birgə. "Allah kurtarsın " türklər demiş )
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
bəlkə təzəyik deyə bu qədər rahatam 🙆🏻♀️. çox sağolun :D
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit