Özümü dinlədim.)

in hive-131355 •  3 years ago 

Salam, necəsiniz Steemit ailəsi. Gününüz necə keçir? dünən o qədər qarışıq bir günüydü ki,bu gündə biraz pis oyandım. Kafa dağıtmaq üçün isə idmana getdim, sonra biraz hava alıb gəzdim. Stressiz gün keçirməkdən yanayam. Və bu gün özümlə biraz söhbət edib, həyatımda dəyişikliklər edim deyə düşündüm. Əvvəlcə bir ağ vərəq götürdüm, və heç kimlə paylaşmadığım duyğularımı ora yazdım. Və sonra düşündüm, nələr yaşadığımı bilmədən, nə qədər çalışdığımı görmədən kənardan gördükləri qədər məni yargılamağa çalışan insanlar)) çox iyrəncdilər. Kimsəyə izah edə bilməzdim içimdəki həyatın mənə öyrətdiklərin.. İnsanlardan uzaqlaşdıqca kağızları, kağızlara yaxınlaşdıqca yazdığım özümü sevdim.

IMG_20211118_202217_982.jpg

Evdə qaldığım günlərdə qardaşımla paylaşdığım otağımı təmizləyib, yatağıma uzandım. Anam nə qədər şikayətçi olsa da mənim otağa bağlanıb çıxmamağıma, yenədə belə hüzur tapıram. Anlaşılmadığım üçün öz gezegenimdə takılıram. Həmişə beləydim mən, içinə qapanıq demək istəmirəm, əslində içinə açılmış biriyəm. Nə varsa məni həyatımda hüzurlu edən hamısını öz içimdə kəşfedib tapıram. Sizədə susub, yalnızca öz səssizliyinizi eşitməyinizi tövsiyə edirəm. İnanın belə hər şey yaxşıdır.

IMG_20211120_180626.jpg

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

İnsanın özüylə vaxt keçirməsi qədər əyləncəli bir şey yoxdur ;)

...içinə qapanıq demək istəmirəm, əslində içinə açılmış biriyəm👌🏻
Qələminə sağlıq, Ləman❤️

Ay Ləman kim incidib səni yenə. Sən tərsliyini qoru həmişə. 👍😉