Bu gün sizə özümdən, xəyallarımdan danışmaq istəyirəm. Məni tanıyanlar bilir çox qısqanc biriyəm. Sevdiklərimi paylaşmağı heç sevmirəm, bəlkə də tək qalmaqdan qorxduğum üçündür. Daim ətrafımda birilərinin olmasını, mənə güc verməsini istəyirəm. Ətrafımızdakı insanları biz özümüz seçirik. Və mənim seçdiyim insanlar mənim ailəmdir. Bəlli, mən dostlarımı ailəm olaraq görürəm. Bu həyatda əsl dostun varsa,deməli xoşbəxt olmağın üçün bir səbəbin var. Çünki bəzən ruhdan düşdüyümdə tək gözəl şey onların varlığı olur.
Xəyal qurmağı çox sevirəm. Çünki qurduğum xəyallar mənə güc verir. Özümə və ətrafıma qarşı inam yaradır. Bacara bilmədiyimi düşündüyüm anda xəyallarımı gözümün qabağına gətirirəm. Hərdən öz dünyama çəkilib, həyatdan, ətrafımdan, ətraf aləmdən uzaqlaşıram. Bu mənim güc yığma metodumdur. Gözlərimi yumub və xəyallarımı düşünürəm. Bu xəyallar məni necə də həyəcanlandırır. Və mən qurduğum hər bir xəyalın arxasınca gedəcəm. Bunun üçün özümə inanıb, bu yolda çox çalışmalıyam. Sizinlə bir xəyalımı paylaşacam. İllərdir rəsmə marağım var, rəsm çəkməkdən xüsusi zövq alıram. Bunu yaxınlarımda bilir. Və gələcəkdə rəsm kursu açmaq istəyirəm. Oxuduğum ixtisasa nə qədər uzaq bir istək olsada edəcəm. Sizə təzəlikcə çəkdiyim şəkili göstərim.
Əvvəllər şəkil çəkərkən çətinlik çəkirdim. Sonradan öz üstümdə biraz çalışdım. İnternetdən vidyolar izlədim. Düzdü, mükəmməl deyiləm hələ də. Bu məni tam qane etmir. Amma dönüb arxaya baxanda irəlilədiyimi görürəm. Sonra içimdə böyük bir xoşbəxtlik yaranır, mən bacaracağam. Bir gün istədiyim yerdə olacam.
İndi isə bir şəkilin üstündə çalışıram. Nəticəsi sizin üçün də sürpriz olacaq,mənim üçün də. Çəkib bitirdiyim də necə alınmış olur olsun sizinlə paylaşacam. Oxuduğunuz üçün çox sağolun, əziz Steemit Azerbaijan ailəsi. 😚🧡
Yazı üçün təşəkkürlər 😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Steemit Azerbaijan topluluğunda həyata keçirilən yeni projedə sizə uğurlar!!! Bizimlə qalın.
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Professional olmasam da, illərdir rəsm çəkən biriyəm və mənim fikir bildirməyim hər halda, sizi narazı salmaz :). Səhvləriniz çoxdur, öz üzərinizdə məşq edərək çalışın ki, bu səhvləri yox edəsiniz. Hə, bir də internetdən "vidyo" yox, videolar izləyərək inkişaf etdirə bilərsiniz, uğurlar🌻💛
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit