Salam əziz Steem Azerbaijan ailəsi. Hamınıza xoş və gözəl gün arzulayıram. Ümid edirəm noyabr ayı hamınız üçün əla keçib. Bu gün yenə sizinlə gün ərzində yediklərimizi paylaşacam.
Səhər yeməyində çörəyi qızartdım, üzərinə keşyu pendiri çəkdim, avokado doğrayıb qoydum və çətənə toxumları səpdim. Yanına da bizim sevimli yulaf lattemizi hazırladım.
Sonra hər ikimizə də işə getdik. Mən işdə qırmızı kələm salatı ilə veqan pendirli makaron sifariş elədim. Çox əla oldu.
Axşam üçün evə gedib kələm dolması hazırladım. Tərkibi: kələm, soğan, pomidor, bibər, xiyar, düyü, bol-bol yaşıllıqlar, ədviyyatlar və tomat pastası. Çox dadlı olur. Hətta bu resepti yaşıl mərciməklə də edirəm, olduqca doyurucu və ləzzətli olur.
Belə əziz insanlar, hamınıza sağlam bədən arzulayıram.