Azərbaycanda baş verən partlayış bizi çox üzdü çünki bir neçə ay öncə biz də dostlarımızla birlikdə klublarda əylənirdik.
Özümüzü orda xəsarət alan insanların yerinə qoyub, necə bərbad və çarəsiz hiss etdiklərini düşündüm. Həqiqətən heç kimə arzulamıram. Zamanını daha əyləncəli keçirmək üçün getdiyin məkan da, partlayış olur, yəgin ki bu çox dəhşətlidir. Əslində partlayış baş verdiyi gün mən də özümü ən diblərdə, sıfırlarda hiss edirdim üstünə bu xəbəri də eşitmək məni məhv etmişdi.
Həyatımızın sığortalanmaması, hər an hər yerdə hər kəsin başımıza oyun aça bilməsi ehtimalı, insanı həyatdan soyudur. İllərlə əziyyət çəkirsən, vaxtınızı, əməyini bir işə sərf edirsən və birdən buum! Hər şey məhv olur. Son bir neçə aydır ki, ancaq çətinliklər, çöküşlər və heç gözləmədiyim iyrənc xəbərlər alıram. Buna psixologiyam necə tab gətirir? Heç bir fikrim yoxdur. Ətrafda səni məhv etməyi gözləyən minlərlə "insan" var. Hər zaman soyuqqanlılığımı qoruyub, güclü qalmağa çalışmışam və təbii ki bundan sui istifadə etmək istəyənlər çox olub. Mən yenədə öz vicdanımın səsi ilə gedib, düzgün yaşamağa davam edəcəm. Bütün pis niyyətli və istifadəçi insanları kainatın karmasına tapşırıb, oturmuşam.