CLUB5050 ❤️ The Diary Game -Better Life Season 3 | 12.02.2022| Mostyska qəsəbəsində gəzinti

in hive-131355 •  3 years ago 

Salam Steemitazerbaijan'ın dəyərli yazarları. Necəsiniz? Ümid edirəm ki hər şey qaydasındadır. Məndə yaxşıyam. Yeni ölkəyə öyrəşməyə çalışıram. Gələndən baş qarışıqdı. Bugün vaxt tapıb gəzintiyə çıxdıq biraz yoldaşımla. Öncə baby ləzzətli səhər yeməyi hazırladı.

Pomidor tofu

IMG-20220212-WA0010.jpg

Yaxşıca yedik doyduq, sonra qabları falan yudum. Evi təmizlədik çıxdıq.

Biz Ukraynanın Lvov vilayətinin Mostyska qəsəbəsində qalırıq.

Gəzməyə başladıq, evlərə falan fikir verirəm. Çoxlu sayda villalar var. Özüdə Amerikan tərzində. Baxçalı, geniş, hərəsində bir it. Çox sakit yerdi buralar. Yaşıllıq çox. Varlı insanlarda çoxdu. Əsas səbəbi polşaya 10 km məsafədə yerləşməyimizdi. İnsanlar alver edir. Maşından, ərzaqa, geyimə qədər. Bizimkilərin, rusiya, gürcüstan, iranla etdiyi kimi.

Gəzə-gəzə gəldik çıxdıq stadiona. Təzə təmirdən çıxıb. Qaçmaq olar.

IMG-20220212-WA0012.jpg

Bir iki şəkil çəkdim. Ha, burada yaşlı insanlar qaçırlar, velosiped sürürlər.

IMG-20220212-WA0013.jpg

Stadiondan çıxıb evin yolunu tutduq. Yol üstü kilsənin rəngləri xoşuma gəldi. Çəkdim.

IMG-20220212-WA0014.jpg

IMG-20220212-WA0009.jpg

Təmiz havada yürüyüş ləzzət elədi. Sağolun. Sağlam olun.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!