CLUB5050 ❤️ The Diary Game -Better Life Season 3 | 16.02.2022| Valentin day ❤️

in hive-131355 •  3 years ago 

Salam Steemitazerbaijan'ın dəyərli yazarları. Necəsiniz? Ümid edirəm ki hər şey qaydasındadır. Məndə yaxşıyam. Yeni ölkəyə öyrəşməyə çalışıram. Gələndən baş qarışıqdı. Bugün vaxt tapıb gəzintiyə çıxdıq biraz yoldaşımla.

Şəkillər 14 fevral sevgililər günündə çəkilib. Biz lvovdan 60 km məsafədə Mostyska qəsəbəsində yaşayırıq. Səhər tezdən oyandıq. Hazırlaşıb avtobusla yola qoyulduq.

IMG-20220216-WA0004.jpg

1 saatlıq yoldu. Heç sevmirəm. Ən azından gedəndə həvəs olur amma qayıdanda az qalır adam qusa. Yollar kələ-kötürdü. Nəysə, mənim yoldaşıma hədiyyəm sevgililər günü üçün vegatus mağazasından limitsiz alış veriş sözü oldu.

IMG-20220216-WA0006.jpg

Ən sevdiyi şeydi, vegan bir şeylər alıb, yemək. Mənimdə həmçinin. Toplam 1000 grivenlik bir şeylər aldıq. Yaxşı qutardım :) Gəlib hesab edirik, Azərbaycandan hardasa 2-3 dəfə ucuzdu. Hələ gedib özümüz polşadan alsaq lap ucuz olar. Ordan alış verişi bitirib getdik yeməyə Om nom nom kafesinə.
Çox doyumlu bir səhər yeməyi yedik.

IMG-20220216-WA0007.jpg

Kilisələr bu Ukrayna soyuq günlərində mənim üçün ideal yerdi. Qızınmağa. Yoxsa ya mall tapıb girəsən yada restorana. Orda girmişkən şam da yandırdım. Amma arzu tutmaq yaddan çıxdı. 5 grivendə pul atdım ordakı yeşiyə.

IMG-20220216-WA0003.jpg

Bu da bir muzeydən görüntüdür. İtalyansayağı həyət adlanır bura. Qədim yunan heykəlləri də var.

![IMG-20220216-WA0005.jpg](

Ən sonda sup içməyə getdik. Sup kultura adıdı kafenin. Çox fərqli stildə sup verirlər. Deməli çörək hazırlayırlar. Supuda içinə tökürlər. Çörək stəkan formasındadır. Supdan içirdən çörəyi yeyirsən.

![IMG-20220216-WA0002.jpg](

Məndən bu qədər. Növbəti yazılarda görüşənədək.

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

@tipu curate

Cute

Congratulations!
This post has been upvoted through steemcurator08.

Curated By - @saracampero
Curation Team - Life and Humanity