Bəzi filmlər başladığı andan etibarən insanı çox fərqli atmosferə salır. Yaşadığın həyatla uzaqlaşıb, tamam başqa bir boyuta keçirsən. Ancaq baxdıqca dərk edirsən ki, baxdığın film elə sənin yaşadığın həyatın özüdür.
Platform filmi olduqca realistik, anti-utopik və mənalı filmdir. Babil qalası yəqin bir çoxumuza tanışdır. Varlı təbəqə ən üst qatda, orta təbəqə ortada, kasıb təbəqə isə ən altda yaşayır. Feodalizm dövründən kapitalist dövrünə dəyişməyən tək şey "varlı güclü, kasıb gücsüz" reallığıdır.
Platform filmi də bizə bu reallığı çox çılpaq şəkildə göstərir. Ən yuxarda "oliqarx" təbəqə keyf içində yaşayır. Onlar üçün yeməklər çox möhtəşəm şəkildə hazırlanır, yeməyin yanında bol-bol içki, salatlar, şirniyyatlar və təmiz qab qacaq verirlər. Yataqları təmiz və içməli suları olur.
Onlar yeyib doyandan sonra qalan yeməklər aşağı düşür, orta təbəqəyə, orta təbəqə də yeyib doyduqdan sonra nə qalıbsa o da olur ən aşağı təbəqənin. Yuxarı təbəqənin vəhşicəsinə yeyib, dağıtdığı qalıqları aşağı təbəqə həsrətlə gözləyir.
Ancaq aşağı təbəqədə yaşayanlar çox olduğu üçün, onların bir çoxuna yemək çatmır, onlar məcbur qalıb bir-birlərini yeməyə başlayır. İnsanların tüklərini ürpədən bu film, reallığı hər dəqiqə açıq şəkildə üzümüzə çırpır.
Film də deyir " İnsanlar üç qrupa ayrılır: yuxarıdakılar, aşağıdakılar və ən dibə düşmüşlər."
Doğrudan da orta təbəqə deyilən bir şey yoxdur, aşağı və ən dib var. Hamımız üçün olan bu dünyanı sadəcə "üst" təbəqənin nümayəndələri yaşayır. Qalan təbəqələr həyatı boyu işləməyə və qazanmağa məhkum olur.
Filmdən bir digər çox gözəl sitat :
"Əgər hər kəs özünə bəs olacaq qədər yesəydi, hamıya yemək çatardı."
Hər kəsə tövsiyyə edirəm bu filmi.
👍👍👍
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təşəkkürlər
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Buyur xoşdu
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit