Gözləməyin fəlsəfəsi və ya HƏYAT

in hive-131355 •  4 years ago 

Bütün oxuduqlarımız və yaşadıqlarımız bir kəlmə ilə və ya uzaqbaşı bir cümlə ilə yadımızda qalar. O roman da yadımda belə qalmışdı: “Ölmək - bu sozun heç bir mənası yox idi, bu söz göz önündə heç bir mənzərə yaratmır və qorxu gətirmirdi. Lakin yaşamaq - təpənin yamacında küləyin dalğalandırdığı zəmi demək idi. Yaşamaq - səmada qanad çalan qırğı idi. Yaşamaq - taxıl döyüləndən sonra xırmanı toz bürüyəndə və saman hər tərəfə dagılanda bir stəkan su demək idi. Yaşamaq - atın mahmızla sıxılmış böyrü, yəhərin üstünə köndələninə atılmış karabin, həm təpə, həm dərə, həm çay, həm çayın yaxası boyu dikələn ağaclar, həm vadinin qurtaracağı, həm də onun arxasındaki dağlar demək idi”.
Bəli, yaşamaq yanğı kimi bütün bətni bürüyəndə hər şeyi birdən əldə etmək ehtirası insanı sarır. İstəyirsən hər şey birdən olsun, elə onda qulağını bir pıçıltı: "Hər şeyi indi desəm, nağıl qalmaz sabaha" səhər mehi kimi oxşayır. Səbrini basıb bəzən xırmandakı tozun yatmasını, bəzən də atdan enməyini gözləyirsən. Gözləyirsən, özünü gözləməyə öyrədirsən.
İlk vaxtlar əziyyətin, zəhmətin, həyatın fəlsəfəsini anlamırsan, deyirsən hə nə olsun ki, bu saatlar mənə nə verəcək? Onda görürsən ki, sənə gözləmək verir, olmazlar verir, olanlarla yanaşı addımlayanda. Qalxırsan, yuxunun ən şirin anında, deyirsən: mənim eşqim fiziki ehtiyacımdan böyükdür. Onu əzirsən və deyirsən səni sıxışdırmaq lazımdır, xam dayça kimi hey dördnala çapımısan, gəl bura deyib yüyəni əlinə alıb hakimiyyətə sahiblənirsən.
Elmə Puma effekti adı ilə düşmüş bir fəaliyyət var. Puma ovlayacağı ovu öncədən götür-qoy edir. Əgər o ovun ardınca qaçıb itirəcəyi enerjini yeyəcəyi qida iki qat etmirsə, ovun ardınca getmir. Biz də insan övladı, dünyanın şüurlu varlığı və ən ümdəsi mənəvi tələbatları maddi tələbatlardan daha çox olan varlıq kimi, görəsən,
IMG-20210609-WA0004.jpg
nə vaxt itirəcəyimizlə qazancımızı hesabladıq?
Həddindən çox analiz edirəm, gedişi, gəlişi, hey sual edirəm. Nəyi bilmirəm? Niyə belə? Niyə istədiklərim alınmır? Bilirəm deyəcəksiniz qorxulu sualdır. Deyəcəksiniz bu sual vaxtilə kifayət edərdi ki, səni Qərbdə tonqalda yandırsınlar, Şərqdə kafir çıxartsınlar. Amma mən yenə sual edirəm: Niyə? Sonra öz içimə boylanıram. Döydüyüm qapı doğrudur? İstədiklərim mənə uyğundur? Bəlkə uşaq cığallığı ilə qışın oğlan çağında dondurma istəyirəm. Bəlkə... Onda dönürəm Tanrı kimi olduğum adamlara baxıram. Görürəm ki, onun uyğun bildiyini zərurət kimi qəbul etmirəm. Onun ayağını yerə döyüb tələb eydiyini ziyanlı olduğunu dərk edirəm və ən ümdəsi onunla ona xoş getsin deyə razılaşa bilmirəm. Xəfifcə pıçıldayıram: Əzizim, məni səninlə razılaşmadığıma görə qınama, axı səninlə razılaşsaydım ikimiz də haqsız olacaqdıq...

Authors get paid when people like you upvote their post.
If you enjoyed what you read here, create your account today and start earning FREE STEEM!
Sort Order:  

Şəxsən, bir pişiyin mövcudluğu və yox olması ilə insanın mövcudluğu və yox olması arasında ölümdən sonrakı həyat baxımından fərq görə bilmirəm.

Ölümün verdiyi yoxluq, doğulmadan öncəki yoxluğumuz kimi olacaq.

Şüurlu varlıqlar olaraq üzərimizə düşən ətrafımızdakı hər bir canlının dəyərlərinə hörmət edərək öz limitlərimizi müəyyənləşdirib maksimum dərəcədə həyatın istər əziyyətli, istərsə də xoşbət tərəflərinin dadını çıxarmaqdır.

Təşəkkürlər yazı üçün.

Mən şagirdlərimə ölümün zəruriliyini belə anlatdım: elə hesab edin ki, ölüm yoxdu, yaşadığınız evdə sizin bütün nəsliniz yaşayır. Bütün gəlmiş keçmiş nəsliniz. Onlar istəmədi bunu)

Deyəsən, "Ölülər"də Kefli İsgəndər deyir də, ən yaxınlarınızın dirilməsini istəmədiz.

Ölüm haqqında çox yazılıb, çizilib. Maraqlı mövzudu.