Salam, axşamınız xeyir. Yaxşı olmağınıza sevindim. Ən adi fevral günlərindən biri. Səhəri bu gözəlliklə açmaq. Əlimi cırmaq cırmaq eləyib. Deməli, heyvanların bir adəti var. Çox sevdikləri adamların əllərini lap yüngülcə dişləyirlər.:)
Səhər səhər Qaracaya əlimi dişlətmək bir ayrı zövqdü. Ümumiyyətlə, pişiklər çox sərbəst heyvanlardı. Həm də əhilləşmirlər. Yəni onlar sevmədikləri heç bir şeyə məcbur edilə bilməzlər. O üzdən sirk tamaşalarında pişikləri çox nadir hallarda görə bilərsiniz.
Yadımdadı, mən balaca olan vaxt bir pişik bəsləyirdik. Bir dəfə qardaşım bir göyərçin tapıb gətirmişdi. Göyərçinin bir qanadı qırılmışdı. Dəmir məftillərdən bir qəfəs düzəltdi. Göyərçinin qanadını sarıyıb o qəfəsə qoydu. Hər gün dən, su verib qanadını dərmanla sarıyırdı. Bizə də möhkəm tapşırırdı ki, qəfəsin qapısını açıq qoymayaq. Bir dəfə də göyərçinə qulluq etmək mənə düşdü. Sonra kitabxanaya getməli oldum. Evə qayıdanda gördüyüm səhnədən sarsıldım. Qəfəsin qapısı açıq qalmışdı. O nəhəng boz pişiyimiz də qəfəsin qabağında ağzını yalayırdı. Göyərçinin mavi tükləri də yerlə bir idi. Məni dəhşət bürüdü. Əvvəla, göyərçin mənim səhlənkarlığımdan məhv olmuşdu. İkinci də qardaşım işdən gələndə ona cavab vermək boyda bir sorun vardı. Qardaşım işdən gəldi və evdə qiyamət qopdu. Pişiyi tutub həyətdəki ağacdan ayağından asdı. Təbii ki, o evə girən kimi pişiyi açıb buraxdım. Pişik o gedən getdi. Bir daha da bizim evə qayıtmadı. O hadisə illərdi yadımdan çıxmır. O pişiyimizi çox sevirdik ailəlikcə. İndi də bu). Evdə Qaracanın yeyə biləcəyi bir canlı bəsləməyimiz imkansızdı. Odur ki, asudəliyin dadını çıxarır. Həm pişiklər yaşadıqları evləri özününkü hesab edərlər. O üzdən onların aləmində onlar ev sahibləri, biz qonağıq.
İşə gedəndə yolumun üstündə həmişə bu qazları görürəm. Boyunlarını uzadıb üstümə gəlirlər. El aləm itdən qorxar, mən də qazdan. Görəsən, yeməmisən qaz ətini, yeməmisən ləzzətini ifadəsi nə dərəcədə doğrudur?)
Yol uzaq, görüntü möhtəşəm. Uzaqdan başı qarlı dağlar görünür. Şəhər insanlarının tamarzı olduqları bir mənzərə. Qışda qarı elə uzaqdan görəsən. Elə o dağların başında.
Ən gözəl mənzərə isə evə qayıdanda gördüyüm mənzərə idi. Bir qutu meyvə sovqatı gəlmişdi bir qohumdan. Tam bir vitamin deposu. Amikronun tüğyan elədiyi vaxtda bu meyvənin yeri var. 😊
Bu qədər. Özünüzə yaxşı baxın, steem almağı da unutmayın.
Yol tanış gəldi, o qazlara görə çox məşğələyə gecikmişəm😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Həə, tam tərkibdə ordadılar))
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Pişiylərə olan sevdam..💕
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Təbii antidepressiant😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Gözəl bir post idi
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
😊😊
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit