Axşamınız xeyir. Bu günlərdə yaxşısınızmı deyə soruşmayacağam. Çünki heç kəs yaxşı deyil bu günlərdə. Dünya bir iztirab içindədi. Hamı nəyi isə gözləməkdədir. Bu nə isə müharibədir. Müharibədə qalib olmur, yoldaşlar. Udanlar da can veriblər, uduzanlar da. Müharibədə cavanlar ölür, yaşlılar müzakirə edir. Dəyərmi, qətiyyən dəyməz. Bir anlıq nəhəng bir məkan təsəvvür edin. Dənizi, səması, ağacı olan bir məkan.
O səmanı kiminsə əlindən ala bilərsinizmi? Cənubi Afrikanın qara dərili zəncisinə, Tayvanın qıyıq gözlüsünə, Kanadanın mavi gözlü, sarı saçlı gəncinə, Hindistanın Buddaya sitayiş edən ahıl kahininə qadağan edə bilərsinizmi mavi səmaya baxmağı, o günəşlə isinməyi, o havadan udmağı. Yox, edə bilməzsiniz. Çünki o səma, o günəş, o hava tək sizin deyil ki. Yox, öz izlərinizi qoymaq istəyirsinizsə əgər, abadlaşdırın, gözəlləşdirin. Gözəl güllər əkin, məsələn.
14 yaşlı bir qızcığazın mülahizəsi: dünyanın ən böyük ərazisinə malik olan dövlət niyə daha çoxun istəyir ki. Həqiqətən, çox mənasız və ağılsız bir addımdı. Bu addımın neçə neçə insanın həyatına son qoyduğunu, zəhmətlə yaradılanların amansızcasına məhv edildiyinə səbəb olduğunu nəzərə alsaq, adamın dəlicəsinə bağırmağı gəlir. Dur deyə bağırmağı. Sən yaratmamısan ki, məhv edirsən. Birmənalı şəkildə deyirəm. Bir insan bu kainatda ən qorxulu və ən axmaq məxluqdu. Keçən dəfə insanın öz beyninin yalnız 10 faizini kullandığını yazmışdım. Daha da dəqiqləşdirdim. Heç on da deyilmiş. Vur tut 7 faiz. Və yüzlərcə, minlərcə dəfə heyif. İnsan olduğumuzamı heyif, insan olub da İNSAN ola bilməməyimizəmi heyif.
Bu günlər tez bir zamanda bitsin. Bu 3 ilin ərzində çox böyük hadisələr yaşadıq. İnsan ağlı artıq bunları qavraya bilmir. Dur, insan övladı, saxla, düşən var...