Salam Steemit.
Yazı yazmaq biraz çətinləşib. Yazmaq yox ümumiyyətlə həyatda qalmaq da çətindi bu havalarda. Belə isti olarmı? Düzü yadıma gəlir üç ya dörd il bundan əvvəl daha da isti yay keçirmişdik. Hərdən elə olur ki, isti deməyə adamın dili gəlmir, qaynar deməy olar ancaq. Səhər 8də artıq hava qızmış olur, düüz axşam saat 8ə kimi gün düşəcək yerə çıxmıyasan. İş də ooo qədərdi ki, saymaq demirəm heç fikirləşməknən də bitmir.
Bu yayda planlarım biraz başqa da olsa da heç məndən soruşmadan fələk özü yoluna qoydu hərşeyi. Belə baxıram nəticə eyni yerə gedir. Nəticə də dərslərin başlamasıdı. Bu da bir tərəfdən dərd olub ee. Hər ötən gün tətildən gedir. Bu qədər gileylənmək bəsdi məncə. Təxmini iki il əvvəl, ingilis dili öyrənməyə çalışan vaxtlarım idi. Son qərar olaraq ingilis dilində filmə baxmağı seçmişdim. Bir dostum film məsləhət gördü. Əslində çox bölümləri var. İlk başda 4 ya 5 bölümünə baxdım, sonra davam edə bilmədim. Dört sezon, hər sezon isə 13 bölümdən ibarətdir. Bəlkə də artıq adını bilmiş olarsız.
"13 Reasons Why". Bir neçə ay əvvəl qaldığım yerdən başlamışam. 2ci sezon yenicə bitib. Deməli əsas məsələ nədir. Universitet tələbələridir və bir qızın başına gəlmiş hadisələrdən danışılır. Düzdü gənclər hərdən sərhəddi keçsələr də hamısı daxil idi səbəblərə. Hanna sonda dözmür və intihar edir. İlk sezonda ölümünə səbəb olan 13 nəfər haqqında, hərəyə bir kaset olmaqla səs yazısı yazır və hamıya göndərdikdən sonra intihar edir. İkinci sezonda həmin gənclər hər biri məhkəmədə dindirilir. Əslində gənclərdən biri günahkar idi, sadəcə məhkəmədə sübut edilə bilmədi. Növbəti sezonda nə olacaq bilmirəm, səbirsizliklə gözləyirəm.
Ümumi film haqda fikrim o olar ki, biraz maraqsız ola bilər sizə. Mən ilk baxdığım olduğu üçün baxıram. Dil öyrənmək üçün isə o qədər də düzgün seçim deyil. Mən dil öyrənmək üçün başlasam da maraq üçün davam edirəm. Hə birdə yaşı az olan kəslərə də maraqsız ola bilər. Növbəti sezonu bitirən kimi sizə də məlumat verəcəm. Hələlik sağolun 😉.