Salam Steemit. Necəsiz nə var nə yox?
Bu gün sizə ikinci imtahan haqda məlumat verəcəm, keçmiş olsa da deməliyəm, yoxsa ürəyimdə qalar . Bu dəfə fənn asan idi. Elə ona görə rahatlıq içində olmuşdum. Bütün sualları tapmışdıq, hələ cavabları ilə birlikdə. Kim oxumaz ki? Mən deyə bilərəm rahatlıqla. Keçmək rahat olduğu üçün özümü çox da yormadım. Ancaq ilk üç suala hazırlaşdım, heç dörd və beşinci suallara baxmadım. Heç ağlıma gəlmədi ki, rahat fənndi, krediti də çoxdu, yüksək bal alıb ortalamanı yükslətmək olar.
Heyif ki, bu məsələ son saatlarda ağlıma gəldi ki, o da gec olmuşdu. Bu dəfə imtahan risknən girirdim. Deməli üçüncü sualların içində 9cu sual çətin olduğu üçün baxmadım. Əgər mənə düşsə idi ilk iki sualın ümidinə qalırdım, yox əgər düşməsəyədi keçmək qarantilənmiş olurdu. Səhər erkəndən durub birdə təkrar etdim. İlk dəfə idi ki, özümü hazır hiss edirdim, rahat getmək olardı imtahana. Bu da sinif otağını görənə kimi idi. Budur gəldi həmin o həyacan. Bileti alanda ilk üçüncü suala baxdım biraz da rahatlıq gəldi, gözlənilən olmuşdu. Yenə ən rahat bilet məndə idi. Bu imtahanda maraqlı bir nüans oldu. Deməli az qala iki qrupu biryerdə dərs keçməyə qoymayan rəhbərlik, iki qrupu eyni anda eyni sinif otağına yerləşdirmişdi.
Otaq xeyli geniş olsa da tam dolmuşdu. Digər qrup magistr ikinci kurslar idi. Ehh, onların gözündə çox şeylər oxunurdu. İkinci kurs tələbələrinə baxışları, imtahanda davranışları birbaşqa idi. İlk öncə sevindirici oldu, sinif tamam dolub və köçürmək üçün şərait olacaq. Noldu? Üç nəzarətçi və üçü də Allah gösdərməsin. Hələ biri vardı, nəfəs almağa qoymurdu az qala. Bir tələbə yoldaşım köçürmək üçün vərəqlər gətirmişdi. Nəzarətçi heç aman vermədi, imtahandan çıxardı. Güya ki, kamera 40 tələbə içində onu görəcəkmiş. Həə belə, yaza bilsəm də imtahanı həvəssiz yekunlaşdırdım. Post da yekunlaşdı.
Sonda nə oldu bəs? Neçə aldın?)
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
3 sual yazdım, 27 aldım.🙂
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Hər dəfə ən asan biletin sənə düşdüyünə necə qərar verirsən axı?
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Bütün sualları bilirəmsə deməli ən rahat bilet sayılır. ✌️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Onda mənə hələ asan bilet düşmüyüb ki😄
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit
Növbəti imtahanda düşməyini ümid edirəm.✌️
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit