Salam Steemit.
Yorulmadan gördüyüm iş varsa, o da maşını təmizləməkdi. Bu, iş rahatdı, ya da yorulmuram anlamına gəlmir haa. Sonda çox yorğun oluram. Ama həzz aldığım işdi. Bu gün bütün günüm buna vermişəm. Ödənişli yerə aparılsa 20 25 dəqiqəlik işdi. Həyətdə, şəxsən özün yumağın yerini heçnə vermir. Düzü əvvəlki kimi həvəsim olmasa da, həzz ala bilirəm hələki.
Maşına baxıb "nə gündədi bu" deməyin haa. Öz modelinin ilk buraxılışlarındandı. Tarixi 1985 lərdədi. 2009cu ildən bəri buralardadı, bağlanmışam desəm yalan olmaz. Nə qədər yaxşı vəziyyətdə olmasa da, onu sürməyin yeri tamam başqadı. Marka və modelinə görə çoox dözümlü maşındı, bilərsiz yəqin. Bağa, dağa dərəyə, uzaq yola hara sürsən gedir. Təmizlik işləri bitdikdən sonra olan yorğunluğu, təmiz halda bir dövrə sürüşlə atıram. Təmiz olanda maşının səsi də dəyişir, sürüşü də. Bax belə bir sonluqdan aldığım həzzi, nadirən tapıram. Ağlımın küncündən keçir ki, Fəxri kimi maşın incələməsi edim, hələki küncdə dursun baxarıq.😄
Your post was upvoted by @hustleaccepted
Hustle Accepted
We're inviting you to join our communities at:
Hustle Accepted III Quit Porn III Quit Drugs III Q&As III Life-Changing Quotes
Downvoting a post can decrease pending rewards and make it less visible. Common reasons:
Submit